İT sektorunun xüsusi çəkisi 8,6%-dən 10,5%-ə yüksəlib
Tarix: 11.08.2014 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


İnformasiya Texnologiyaları (İT) sektorunun artım tempi İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sektorunun ümumi artım tempindən daha yüksəkdir və ilbəil xüsusi çəkisi artır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN verilən məlumata görə, bu məlumat “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi - 2013” adlı illik hesabatın “İT sənayesi: mövcud vəziyyət” ilə bağlı bölməsində yer alıb. RYTN tərəfindən nəşr olunan hesabatda qeyd olunur ki, 2012-ci illə müqayisədə 2013-cü ildə İT-nin ümumi sektorunda xüsusi çəkisi 8,6%-dən 10,5%-ə yüksəlib. 2013-cü ildə ölkənin İT sektorunun gəlirləri 219,1 mln. ABŞ dollarına çatıb və əvvəlki illə müqayisədə 1,3 dəfə genişlənib. İT sahəsində xüsusilə kompüter periferiya avadanlıqlarının və proqram təminatının topdansatışında 107,2%, proqram təminatının işlənməsində 63,5%, elektron və radioelementlərin istehsalında 56,4% artım müşahidə olunub. Ölkənin İT sektorunda istehsal sahəsi ilbəil daha da artır. Hazırda ölkənin İT sektorunda istehsal sahəsinin xüsusi çəkisi 31,5%, xidmət-ticarət sahəsinin isə 68,5% təşkil edir. 2009-cu ildə isə bu nisbət müvafiq olaraq 24,4% və 75,6% təşkil edib.
Hesabatda bildirilir ki, bu gün Azərbaycanda İT sənayesi inkişaf edir, yerli şirkətlərin peşəkarlıq səviyyəsi yüksəlir, ölkənin İT şirkətləri yerli layihələrlə yanaşı, Cənubi Qafqazda və Mərkəzi Asiya ölkələrində layihələr icra edir. Azərbaycanda istehsal olunan kompüterlər, elektron avadanlıqlar və proqram təminatı region bazarlarına ixrac olunur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info