Azərbaycan Avropanın enerji təminatında əsas ölkələrdən birinə çevrilib
Tarix: 11.08.2014 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


İtaliyanın nüfuzlu “İl Tempo” qəzetində Azərbaycan-İtaliya əlaqələrinin son durumunun təhlil olunduğu məqalə dərc edilib. Məqalədə deyilir ki, siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil, enerji və digər sahələrdə strateji müttəfiqlik əlaqələrinin genişlənməsi hazırda Azərbaycan və İtaliya münasibətlərinə xas olan cəhətdir. Bu münasibətlər cari ildə Azərbaycan Prezidentinin İtaliyaya rəsmi səfəri ilə daha da möhkəmlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Səfər çərçivəsində hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edən sənədlər imzalanıb, Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə qəbul olunub. Müəllif Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun sözlərinə istinadla bildirir ki, bu Bəyannamənin qəbul olunması iki ölkə arasında əlaqələri daha da inkişaf etdirmək üçün məntiqi bir addımdır. “Bu əməkdaşlıq bizə siyasi səviyyədə, eləcə də təhlükəsizlik, müdafiə, iqtisadiyyat, mədəniyyət sahələrində münasibətlərimizin genişlənməsi və regionlararası əlaqələrin möhkəmləndirilməsi üçün yeni perspektivlər vəd edir”.
Ölkələrimiz arasında dərin tarixi köklərə söykənən əlaqələrin mövcud olduğunu vurğulayan səfir deyib: “Hələ keçmiş dövrlərdə Bakıda italiyalı memarlar tərəfindən inşa edilən bir sıra tikililərin mövcudluğu bu faktı təsdiq edir. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra isə bu əlaqələr daha da inkişaf etməyə başlayıb. İtaliya Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. Hazırda Azərbaycanda tikinti, infrastruktur, İKT, kənd təsərrüfatı, turizm və digər sahələrdə yüzlərlə İtaliya şirkətləri fəaliyyət göstərir”.
Ölkələrimiz arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə barədə məlumat verilən məqalədə bildirilir ki, sənəddə həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə qarşılıqlı maraq doğuran istiqamətlərdə əməkdaşlığın genişlənməsi nəzərdə tutulur.
Oxucuların diqqətinə çatdırılır ki, Odlar Yurdu kimi tanınan Azərbaycan hələ ötən əsrin əvvəllərində dünya neft istehsalının yarısını özündə cəmləşdirirdi. İkinci Dünya müharibəsi illərində Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu Azərbaycanın payına düşüb. Bu gün isə Azərbaycan Avropanın enerji təminatında əsas ölkələrdən birinə çevrilib. Enerji təminatının şaxələndirilməsi baxımından bu ölkə ilə tərəfdaşlıq Avropa üçün vacibdir.
Yazıda, həmçinin Trans-Adriatik boru kəməri (TAP) layihəsinin əhəmiyyəti ilə bağlı məlumat verilir. Bildirilir ki, “Cənub qaz dəhlizi”nin bir hissəsi olan bu layihənin reallaşmasında Avropa olduqca maraqlıdır. Avropa Komissiyasının (AK) sədri Xose Manuel Barrozu cari ilin iyununda Bakıya səfəri zamanı bəyan edib ki, “Cənub qaz dəhlizi” Avropa İttifaqı regionunun ən vacib infrastruktur layihəsidir və AK bu layihəyə tam dəstək verir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info