Misirdəki Azərbaycan diasporu yerli və beynəlxalq təşkilatlara müraciət edib
Tarix: 11.08.2014 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Misir Ərəb Respublikasındakı Azərbaycan diasporu Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında erməni silahlı qüvvələrinin vəziyyəti yenidən gərginləşdirməsi ilə əlaqədar Misirdəki yerli və xarici qurumlara bəyanat ünvanlayıb. Bəyanatda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan və Ermənistan arasında mövcud atəşkəs rejiminin intensiv pozulmasından dərin narahatlıq ifadə olunur. Bildirilir ki, son günlər Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində atəşkəsi mütəmadi pozması nəticəsində Azərbaycanın 13 hərbçisi həlak olub. Müraciətdə Ermənistan silahlı qüvələrinin sərhəd bölgələrində yaşayan dinc əhaliyə, o cümlədən uşaqlara atəş açması və bir nəfər yerli sakinin qətlə yetirilməsi xüsusi qeyd edilir. Misirdəki Azərbaycan diasporu dünya ictimaiyyətini baş verənlərə, Ermənistanın yenidən müharibəni alovlandırmaq cəhdlərinə biganə qalmamağa, təcavüzkar ölkəyə qarşı təzyiqləri artırmağa çağırıb. Bəyanat Misirdə fəaliyyət göstərən yerli ve beynəlxalq təşkilatlara, səfirliklərə, Misirin müvafiq dövlət qurumlarına göndərilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Qırğızıstanda türk dövlətlərinin etnofestivalı keçirilib
20.04.2019
Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info