Beynəlxalq təşkilatlardan Ermənistana sanksiya tətbiq edilməsi tələb olunur
Tarix: 11.08.2014 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


Narkotizmlə Mübarizə İctimai Birliyi beynəlxalq təşkilatların ikili standart mövqeyi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir ki, Ermənistan Respublikası elan etməmiş müharibə ilə işğalçılıq siyasəti apararaq Azərbaycan torpaqlarını zəbt edib, minlərlə dinc əhalini amansızcasına öldürüblər: “İyirmi ildir bağlanmış atəşkəs rejiminin mövcudluğuna baxmayaraq Ermənistan tərəfi dəfələrlə beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş müqaviləni pozub. İşğal olunmuş ərazilər tam nəzarətsizdir. Təşkilatımıza və Sizə də məlumdur ki, bu ərazilərdə ermənilər narkotik maddələr əkib becərirlər, narkotranzit yol kimi bu ərazilərdən istifadə edirlər, insan alveri və çirkli pulların yuyulması ilə məşğuldurlar. Bütün bunlara dünyada beynəlxalq hüququn təminatçısı, sülh və təhlükəsizliyin carçısı olan beynəlxalq təşkilatlar, yəni Siz heç bir dönəmdə sanksiya xarakterli heç bir ciddi qərarlar qəbul etməmiş, yalnız və yalnız tövsiyə xarakterli qərarlar qəbul etmisiniz. Bu qərarlara isə biz ikili standart və biganəlik deyirik”.
Bəyanatda son günlər Ermənistan hərbi birləşmələri qoşunların təmas xətti boyunca atəşkəs rejimini daha ciddi səviyyədə pozulmasından narahatçılıq ifadə olunur: “Bu hadisə bütün Azərbaycan xalqı kimi bizi - Narkotizmlə Mübarizə İctimai Birliyinin bütün üzvlərini hiddətləndirib. Təşkilatımızın üzvləri beynəlxalq təşkilat olaraq Sizdən – BMT, Avropa İttifaqı, Avropa Şurası, AŞPA, ATƏT, ATƏT PA, Avropa Parlamenti kimi dünyaya sülh, demokratiya və təhlükəsizlik “dərsi” deyən təşkilatlardan beynəlxalq hüququn bütün maddələrini pozan, öz təcavüzkarlıq siyasətində işğalçılıq, separatizm, terrorizm, korrupsiya, narkotizm kimi ciddi beynəlxalq cinayət əməllərini ehtiva edən Ermənistan Respublikasına qarşı sanksiya xarakterli ciddi qərarlar qəbul etməyinizi xahiş və tələb edirik.”

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info