Cinayət Məcəlləsinin 167-1 və 168-ci maddələrinə dəyişikliklər təklif olunur
Tarix: 11.08.2014 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Azərbaycanda dinə etiqad etməyə məcbur etmə və dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə ilə bağlı cəzaların sərtləşdirilməsi gözlənilir.
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 167-1 və 168-ci maddələrinə dəyişikliklər təklif olunur.
Maddə 167-1.1-ə təklif edilən dəyişikliyə görə, şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur etmə 5 min manatdan 10 min manata qədər cərimə və 6 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalanacaq. Bu cəzanın hazırda qüvvədə olan variantında isə qeyd olunan əməllər 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 167-1.2.-ə təklif edilən dəyişikliyə görə, şəxsi hər hansı dini quruma üzv olmağa məcbur etmə və ya şəxsin üzv olduğu dini qurumdan çıxmasına mane olma 5 min manatdan 10 min manata qədər cərimə və ya 5 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Cəzanın hazırda qüvvədə olan variantında isə bu əməllər 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum edilmə ilə cəzalandırılır.
Maddə 168-ə təklif olunan dəyişiklikdə isə bildirilir ki, dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə 10 min manatdan 15 min manata qədər cərimə və ya 8 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Hazırda qüvvədə olan variantda isə 7 min manatdan 9 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.
Dəyişikliklər layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması planlaşdırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini yenidən vurğulayıb
20.09.2018
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir
20.09.2018
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədrinin Azərbaycana səfəri başlayıb
20.09.2018
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info