Torbörn Yaqlanddan Azərbaycan və Ermənistana çağırış
Tarix: 11.08.2014 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə dünən Soçidə keçirilən görüşü iki ölkə arasında dialoqun dirçəldilməsinə doğru müsbət addımdır. Avropa Şurasının (AŞ) baş katibi Torbörn Yaqland keçirilən görüşü belə qiymətləndirib. Bu barədə qurumun yaydığı xəbərdə deyilir.
O bildirib: "Son vaxtlar qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində baş vermiş silahlı insidentlərdən sonra bu görüş iki ölkə arasında dialoqun dirçəldilməsinə doğru müsbət addımdır".
AŞ baş katibi öz bəyanatında hər iki tərəfi gərginliyi azaltmağa çağırıb: "Mən tərəfləri son günlər ərzində hər iki tərəfdə çoxsaylı itkilərə gətirib çıxaran gərginliyin artmasına son qoymaqdan ötrü mümkün olan hər şeyi etməyə çağırıram".
O, həmçinin həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.
Baş katib xüsusi olaraq qeyd edib ki, bütün avropalıların yaşamaq hüququna zəmanət verən Avropa İnsan Haqları Məhkəməsinin üzvü olan dövlətlər arasında zorakılıq faktlarına yer olmamalıdır.
Bazar günü Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Vladimir Putin və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi üzrə üçtərəfli görüşü keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info