Hindistan Yaponiyanı ötüb keçdi
Tarix: 11.08.2014 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


"Geopolitika": “Hindistan dünyanın üçüncü iqtisadiyyatına çevrilib”

Buna baxmayaraq, ölkənin sosial göstəriciləri pisləşməkdədir...

Dünya Bankı hesablayıb ki, Hindistan alıcı qabiliyyəti paritetliyinə görə dünyanın üçüncü iqtisadiyyatına çevrilib. Bununla da o, Yaponiyanı həmin yerdən sıxışdıra bilib. Bu barədə Litvanın "Geopolitika" media qurumu bildirir. Bu məsələdə dünya ÜDM-sinin 17 faizini ərsəyə gətirən ABŞ öndədir. İkinci yerdə isə Çin 14,9 faizlə gəlir. Yaponiya 4,8 faizlə üçüncü olsa da, Hindistan 6,4 faizlə onu ötüb keçdi: “Güman etmək olar ki, tezliklə Hindistanın dünya təsərrüfatına töhfəsi daha böyük olacaq. Halbuki ötən il onun iqtisadiyyatı cəmisi 5 faiz artıb. Bütün bunlara baxmayaraq, ölkənin sosial göstəriciləri pisləşməkdədir. Demək olar ki, hər üç hindusdan biri beynəlxalq yoxsulluq standartına uyğun yaşayır, günə cəmisi 1,25 dollardan da az xərcləyə bilir. Bundan başqa, Dünya Bankının məlumatına görə, bu ölkədə dünyanın ən yoxsul əhalisinin üçdəbiri yaşayır. Belə olduğu halda, planetin ən böyük iqtisadiyyatlarından sayılan ölkədə insanlar başqalarından yaxşı yaşamırlar. Məsələn, Yaponiyada adambaşına düşən ÜDM, 2013-cü ilə görə, 36 min 315 dollar təşkil edib. Hindistanda isə bu göstərici 5 min 410 dollar olub.
O da etiraf edilməlidir ki, Dehlinin sözügedən uğurunda Tokionun özü də iştirak edib. Ötən əsrin 70-ci illərində böyük yapon şirkəti «Suzuki Motors»un investisiyaları Hindistanda avtomobil istehsalının inkişafına və ümumi texnoloji bazarın təkmilləşməsinə təkan verdi. Həmin vaxtdan Yaponiyanın dəstəyi kəsilməyib, hətta indi Hindistan Yaponiyadan ən çox dəstək alan ölkələrdən sayılır.
Bu, Yaponiyanın bölgədə Çinə qarşı iqtisadi və siyasi tarazlığı saxlamaq istəyi ilə izah edilir.
Amma qeyd edək ki, Hindistanda sənayenin inkişaf etməsi ən çox aqrar sənayedə özünü göstərir – kənd təsərrüfatı sahəsində ölkə əhalisinin yarıya qədəri çalışır.
Amma texnoloji geriliyə və investisiya çatışmazlığına görə, bu sahə ölkənin ərzaq tələbatını çətinliklə ödəyir”.
Yazıda daha sonra qeyd edilir ki, yapon iqtisadiyyatı da problemlə rastlaşıb: “Uzun sürən siyasi qeyri-sabitlik, böyük dövlət borcları, əhalinin qocalmasına görə işləyən vətəndaşların yükünün artması yaxşı heç nə vəd etmir”. Yazıda qeyd edilir ki, Yaponiya hökuməti iqtisadiyyatda mənfi tendensyaların qarşısının alınması üçün effektli tədbirlər görməyə çalışır.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
Mayk Pompeo vә Sergey Lavrov arasında telefon danışığı olub
26.03.2019
Mahmud Abbas Trampın Qolan tәpәlәri ilә bağlı qәrarına reaksiya göstәrib
26.03.2019
İranda iki şəhərin boşaldılmasına göstəriş verildi
26.03.2019
İsrail və HƏMAS atəşkəsə dair razılığa gəliblər
26.03.2019
Çin Fransadan 300 “Airbus” təyyarəsi alacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info