XİN Polşanı Azərbaycanın daxili işlərinə müdaxilələrdən çəkinməyə çağırır
Tarix: 11.08.2014 | Saat: 21:56:00 | E-mail | Çapa göndər


Azərbaycan Xarici İşlər Nazirliyi Polşanı Azərbaycanın daxili işlərinə yersiz müdaxilələrdən çəkinməyə çağırır.
XİN-in mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Xarici İşlər Nazirliyi Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Marçin Voyçexovskinin avqustun 9-da bəyanatına cavab olaraq bildirir ki, AR XİN Polşa XİN-in bəyanatını qəbul etmir: "Bu bəyanat daha çox qeyri-hökumət təşkilatının bəyanatına bəzəyir. Polşa tərəfi bundan sonra Azərbaycanla bağlı bəyanatlarda maksimum dərəcədə diqqətli və məsuliyyətli olmalıdır. Hesab edirik ki, bəyanat yalnız Polşa XİN-in mövqeyini əks etdirir".
XİN hesab edir ki, Azərbaycan tərəfinin dəfələrlə vurğuladığı kimi Azərbaycanda vətəndaş cəmiyyəti fəalları da daxil olmaqla, heç kim siyasi baxışlarına və fəaliyyətinə görə təqib və mühakimə olunmur: "Polşa tərəfinin bəyanatında guya hüquq müdafiəçilərinə əsassız ittihamların irəli sürülməsi ilə bağlı iddia tamamilə əsassızdır. Qanunun aliliyinin tam təmin olunduğu ölkə kimi Azərbaycanda hər hansı siyasi fəaliyyət heç kimi qanun qarşısında məsuliyyətdən azad etmir. Bəyanatda adları çəkilmiş şəxslər konkret cinayət əməllərində təqsirləndirilmişlər və onların mühakiməsi Azərbaycan qanunvericiliyinə uyğun olaraq təmin olunacaqdır. Azərbaycanda məhkəmə sistemi tamamilə müstəqildir və hər hansı bir kənar müdaxilə siyasi təzyiq cəhdi kimi qiymətləndirilir və Azərbaycan tərəfindən rədd edilir".
"Fundamental hüquq və azadlıqların pozulmasının sosial gərginliyə yol açacağı" ilə bağlı isə AR XİN Polşa tərəfini narahat olmamağa çağırır: "Azərbaycan dünya iqtisadi və maliyyə böhranının təsir etmədiyi az saylı ölkələrdən biridir və sürətli iqtisadi inkişaf nəticəsində ildən ilə vətəndaşlarının sosial rifahı daha da yüksəlir.
Azərbaycan ərazilərinin işğalına, 1 milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının kütləvi şəkildə pozulmasına və son günlər Ermənistanın təşkil etdiyi kəşfiyyat-diversiya əməliyyatları nəticəsində Azərbaycan əsgərlərinin şəhid olmasına, mülki əhalinin belə hədəfə alınmasına və nəticədə cəbhə xəttində gərginliyin daha da artmasına Polşa tərəfindən reaksiyanın verilməməsi ikili standartların bariz nümunəsidir. Belə təəssürat yaranır ki, Polşa tərəfi insan hüquqlarına münasibətdə üçüncü tərəfin təlimatına əsasən qərəzli və ayrı-seçkilik salan yanaşma ilə çıxış edir.
Ərazisində gizli saxlanma məntəqələrinin mövcudluğuna, Roma icmasına qarşı geniş yayılmış diskriminasiyaya, eləcə də irqi zəmində zorakılığa görə beynəlxalq səviyyədə qınaq obyektinə çevrilmiş bir ölkənin bu problemləri aradan qaldırmaq əvəzinə özünü dünyada insan hüquqlarının pozulmasından narahatlıq keçirən ölkə kimi təqdim etmək cəhdi təəssüflə qarşılanır. Yuxarıda qeyd edilən ikili standartlar və Polşanın özündə olan problemlər fonunda Polşa XİN-i bu tipli bəyanatları ilə tamamilə qeyri-səmimi görünür".
Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, Xarici İşlər Nazirliyi Polşanı Azərbaycanın daxili işlərinə yersiz müdaxilələrdən çəkinməyə çağırır: "Bu tipli bəyanatlar Azərbaycan və Polşa arasındakı münasibətlərin ruhuna uyğun gəlmir və onların inkişafına xələl yetirir".
qeyd edək ki, Polşanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Marçin Voyçexovski Azərbaycanda insan haqlarına dair bəyanatla çıxış etmişdir.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info