“Erməni siyasətçiləri, nəhayət, konstruktiv mövqe tutmalıdırlar”
Tarix: 12.08.2014 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Bütün Ermənilərin Ali Patriarxı və Katolikosu II Qareginə cavab məktubu göndərib. Şeyxülislamın məktubunda deyilir: “Çox hörmətli II Qaregin! Sizin Ermənistan-Azərbaycan sərhədində və Azərbaycanın işğal edilmiş ərazilərində qoşunların təmas xəttində gərginliyin artması ilə əlaqədar məktubunuzla diqqətlə tanış olduq. Hərbi qulluqçuların həlak olması və sərhədyanı yaşayış məntəqələrində insanların dinc həyat şəraitinin pozulması ilə nəticələnmiş gərgin vəziyyətə görə Sizin narahatlığınıza dərindən şərik olduğumuzu bildiririk.
Lakin təəssüflə diqqətinizə çatdırırıq ki, Sizin bəhs etdiyiniz bu atəşlər və təxribatçı hərəkətlər Azərbaycan torpaqlarında baş verir. Atəşkəs rejiminin erməni qoşunları tərəfindən pozulması nəticəsində Azərbaycan əsgərləri, habelə bizim dinc sakinlər həlak olur və ağır güllə yaraları alırlar. Sizə ürək ağrısı ilə bildiririk ki, son günlərdə erməni hərbi qulluqçuları Azərbaycanın sərhədyanı kəndlərində hətta üç uşağı ağır yaralayıblar”. Məktubda qeyd edilir ki, bizim xalqımız birmənalı olaraq bütün regionda sülhün, mehriban qonşuluq münasibətlərinin, habelə beynəlxalq hüquq normalarının bərpa olunmasının tərəfdarıdır: “Bunun üçün Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərindən öz qoşunlarını çıxarmalı, qaçqınlar və məcburi köçkünlər doğma yurdlarına qayıtmalıdırlar. Yalnız bu halda ölkələrimiz arasında gərginlik aradan qalxacaq, daimi sakitlik və çoxdan gözlənilən sülh bərqərar olacaq. Azərbaycan xalqı bu məqsədlə artıq iyirmi ildən çoxdur ki, səbir və təmkin nümayiş etdirərək Qarabağ münaqişəsinin tənzimlənməsini gözləyir. Təəssüf ki, Ermənistan Azərbaycan dövlətinin və Azərbaycan ictimaiyyətinin sülhsevər çağırışlarını indiyə qədər eşitmir. Əksinə, erməni qoşunları nəinki işğalı davam etdirir, həm də mütəmadi olaraq atəşkəs rejimini pozur, dinc sakinləri qətlə yetirirlər. Biz Azərbaycan və erməni xalqları arasında sülhün və etimadın bərpa olunması naminə Sizi - Bütün Ermənilərin Ali Patriarxını və Katolikosunu, öz nüfuzunuzdan istifadə edərək Ermənistanın hakimiyyət orqanlarına təsir göstərməyə çağırırıq ki, onlar öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarsınlar və sülh danışıqlarında sağlam düşüncəli mövqe tutsunlar. Həmişə olduğu kimi, bu gün də üzümüzü Uca Allaha tutaraq, bölgəmizdə möhkəm sülhün və əmin-amanlığın bərqərar olması üçün dua edir və din xadimlərinin sülhsevər təşəbbüslərinin xalqlarımıza fayda gətirəcəyinə ümid edirik”.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info