Allahşükür Paşazadə Ərdoğana təbrik məktubu göndərib
Tarix: 12.08.2014 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Türkiyə Cümhuriyyəti tarixində xalqın seçimi ilə keçirilən ilk prezident seçkilərində inamlı və parlaq qələbə qazanması münasibətilə Ərdoğanı Azərbaycan, Qafqaz müsəlmanları və şəxsən öz adından təbrik edən A. Paşazadə onun Türkiyə dövlətinin rifahı, türk millətinin səadəti, İslam birliyi naminə gördüyü bütün işlərə Allah-Təaladan xeyir-dualar diləyib.
“Bu qələbənin qürur və şərəfini yaşamağa tam haqqınız var. Sizin, xalq tərəfindən seçilmiş ilk Türkiyə prezidenti olmanızla dövlətinizin tarixində yeni dönəmin başlanğıcı qoyuldu. Əminəm ki, Türkiyənin XII prezidenti olaraq Türkiyə xalqının rifah və tərəqqisi, dünya miqyasında mövqelərinin güclənməsi yolunda görəcəyiniz işlər möhtəşəm olacaq.
Möhtərəm və əziz qardaşım! Bu böyük uğurdur. Bu, Türkiyə Cümhuriyyəti ilə əbədi və qırılmaz tellərlə bağlı, «bir millət, iki dövlət» olan Azərbaycanın da uğurudur. Zatən, sevincimiz bir, kədərimiz birdir. Qoy Uca Allah Türkiyə-Azərbaycan qardaşlığını daimi qərar versin, Uca Nəzərini dövlətlərimiz, xalqlarımız və dövlət başçılarımızın üzərindən əsirgəməsin!
Ümidvarıq ki, Zati-aliləriniz ənənəyə sadiq qalaraq, bu seçkilərdən sonra da ilk olaraq Azərbaycana təşrif buyuracaqsınız. Qardaş Azərbaycanda cənabınızı şəxsən ziyarət etmək şərəfinə nail olarıq, inşallah!
Bir daha bütün Azərbaycan müsəlmanları adından Sizi ürəkdən təbrik edir, Uca Yaradandan cənabınıza can sağlığı, uzun ömür və Türkiyə dövlətinin qüdrəti, türk-İslam dünyasının yüksəlişi naminə möhtəşəm fəaliyyətinizə yeni uğurlar diləyirəm!”, - deyə təbrikdə bildirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ramiz Rzayev: “Azərbaycanda ağır cinayətlərin sayı azalıb”
16.11.2018
“Kaspersky Lab” Avropa istifadəçilərinin məlumatlarının emalına başlayıb
16.11.2018
Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir
16.11.2018
Bakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir
16.11.2018
Azərbaycanda əmək pensiyalarının hesablanması qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info