“Təmiz Binəqədi” layihəsi çərçivəsində “Mini futbol” 1-ciliyinin açılışı olub
Tarix: 12.08.2014 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


1999-2000-ci il təvəllüdlü yeniyetmə və gənclər arasında “Bakı-2015” İlk Avropa Oyunlarına hazırlıq məqsədilə “Təmiz Binəqədi” layihəsi çərçivəsində həyata keçirilən “Mini futbol” birinciliyinin açılış mərasimi keçirilib.
Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, 1 saylı Sahə inzibati ərazi dairəsinin nümayəndəsi Sitarə Cabbarova, 2 saylı Sahə inzibati ərazi dairəsinin nümayəndəsi Aytac Əliyeva iştirak ediblər.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov Birinciliyi giriş sözü ilə açaraq bildirib ki, yarış “Təmiz Binəqədi” layihəsi çərçivəsində həyata keçirilir. İdmanın, o cümlədən futbolun gənc nəslin zərərli vərdişlərdən çəkinməsi, onların asudə vaxtlarının səmərəli təşkil olunmasında böyük əhəmiyyəti olduğunu nəzərə çatdıran Qüdsi Bayramov “Bakı-2015” İlk Avropa Oyunları ərəfəsində bu cür tədbirlərin daha geniş miqyas alacağını qeyd edib.
Daha sonra yarış açıq elan olunub. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra yarışa start verilib.
Qeyd edək ki, yarışda hər birində 12 nəfər olmaqla 12 komanda iştirak edir. Yarışın ilk günü turnir cədvəlinə uyğun olaraq 6 oyun keçirilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info