Diaspor Jurnalistləri Birliyi Gürcüstanda kitab təbliğatı aparıb
Tarix: 12.08.2014 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


Gürcüstanda səfərdə olmuş Diaspor Jurnalistləri Birliyinin rəhbərliyi bir sıra rəsmi görüşlər keçirib. Görüşlər zamanı Gürcüstan rəsmilərinə və yerli həmkarlarına Qarabağ, eləcə də Xocalı, Qaradağlı soyqırımları ilə bağlı kitablar da paylayıblar.
Təqdimat zamanı hər iki dövlətin ərazi bütövlüyünün pozulduğu, torpaqlarına təcavüz olunduğu, eyni problem yaşandığı qeyd olunub.
Kitablar Gürcüstanın idman və gənclər naziri Levan Kipiani, Prezident Administrasiyasının milli azlıqlar üzrə komitə sədri Sofiya Şamanidi, Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Tapçişvili, Regional Televiziyalar Assosiasiyasının sədri Natiya Kupraşvili, həmçinin qəzet və saytlarda çalışan bir sıra jurnalistlərə təqdim olunub.
Eyni zamanda Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzinin ofisinə də saysız kitablar təqdim olunub. Kitabları AMM-ın Gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva qəbul edib.
Xatırladaq ki, təqdim olunan bu kitablar əsasən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən nəşr olunub.
Qeyd edək ki, bu səfər “Gürcüstan Azərbaycan jurnalistlərinin gözü ilə” adlı layihəsi çərçivəsində təşkil olunub. Layihə Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin təşkilatçılığı və Gürcüstanın İdman və Gənclər Nazirliyi yanında Gənclər və Uşaqların İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirlir.

Fuad Hüseynzadə,
Bakı-Tbilisi




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Gədəbəy rayonunda ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib
15.07.2019
Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin
15.07.2019
Vilayət Eyvazov 41 nəfəri Bakı polisində vəzifəyə təyin edib: püşkatma yolu ilə
15.07.2019
“Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları ilə görüş keçirilib
15.07.2019
Вот так сейчас выглядит мавзолей Насими в Алеппо - FOTO

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info