Türkiyə Azərbaycan Dərnəyindən Azərbaycana dəstək
Tarix: 12.08.2014 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


Türkiyə Azərbaycan Dərnəyinin sədri Ənvər Türkoğlu və təşkilatın İğdır şöbəsi idarə heyətinin üzvləri İğdırdakı Əlican Türkiyə-Ermənistan sərhəd-keçid məntəqəsinin qarşısından Azərbaycana dəstək mesajı göndərib. Əlican qapısına geniş bir heyətlə gəlmiş təşkilat üzvləri son vaxtlar Ermənistanın hücumları nəticəsində Azərbaycan əsgərlərinin şəhid olmasından dərin kədər ifadə edərək, “Azərbaycanın yanındayıq” mesajını veriblər. Türkiyə Azərbaycan Dərnəyinin sədri Ənvər Türkoğlu açıqlamasında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaşanan gərginliyin məhz Ermənistan tərəfinin hücumlarından qaynaqlandığını vurğulayıb. Ənvər Türkoğlu Azərbaycanın şəhid olmuş əsgər ailələrinin dərdini bölüşdüyünü və yaralılara şəfa dilədiyini deyib. Azərbaycanın hər zaman bölgədə sülh və sabitliyin tərəfdarı olduğunu bildirən Ə.Türkoğlu “Azərbaycanın Ermənistanın hücumlarının qarşısını alacaq gücü var. Son günlər cəbhə xəttində Azərbaycan ordusunun güclü duruşu bunu bir daha sübut etdi” – deyib. Ən yaxın zamanda Dağlıq Qarabağ və ətraf rayonların azad olunacağına ümid bəsləyən təşkilat sədri bu yolda Azərbaycan və Azərbaycan əsgərinə hər bir dəstəyi göstərəcəklərini deyib. Ənvər Türkoğlu eyni zamanda Türkiyə ilə Ermənistan arasındakı Əlican sərhəd-keçid məntəqəsinin ancaq Azərbaycan torpaqlarının işğaldan azad edildikdən sonra açıla biləcəyini, digər şərtlərdə qapının açılmasının qəbuledilməz olduğunu söyləyib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info