Əfqanıstan gömrükçüləri azərbaycanlı həmkarlarının təcrübəsini öyrənirlər
Tarix: 12.08.2014 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Xəzər - mehriban qonşuluq” təşəbbüsü çərçivəsində “Qlobal Qalxan” proqramının üçüncü təlim kursu başlayıb. Bu təlimlər Əfqanıstan Gömrük Xidməti hüquq-mühafizə bölmələrinin əməkdaşları üçün ildə üç dəfə keçirilir.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ÜGT proqramının rəhbəri Joao de Olivyera Rodriqes tədbir iştirakçılarını təlim kursunun məqsəd və vəzifələri barədə məlumatlandırıb.
Dövlət Gömrük Komitəsi gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə baş idarəsinin rəisi Güloğlan Muradlı kimyəvi silah və döyüş sursatlarının qaçaqmalçılığı ilə mübarizə sahəsində Azərbaycan Gömrük Xidmətinin təcrübəsini Əfqanıstan tərəfi ilə bölüşməyin ümumi işə fayda verəcəyinə əminliyini ifadə edib.
ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin əməkdaşı Aydın İmaşov isə kimyəvi silahların, döyüş sursatlarının, partlayıcı maddələrin, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə daha effektiv mübarizə aparmaq üçün birgə fəaliyyətin vacibliyini xatırladıb.
Məlumatda, həmçinin qeyd olunur ki, təlimlərdə iştirak etmək üçün Bakıya Əfqanıstandan böyük nümayəndə heyəti gəlib. Təlim kursu iştirakçılarının Azərbaycan Gömrük Xidmətinin xüsusi bölmələrinin rəhbərləri ilə görüşləri, regional gömrük və sərhəd-keçid məntəqələrinə səfərləri də nəzərdə tutulur.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info