Muxtar respublikada növbəti əmək yarmarkaları keçiriləcək
Tarix: 12.08.2014 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasında işaxtaran vətəndaşların işlə təmin edilməsi məqsədilə avqustun 19-dan etibarən növbəti əmək yarmarkaları keçiriləcək.
Muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən bildiriblər ki, ilk əmək yarmarkası Sədərək rayonunun Heydərabad qəsəbəsində təşkil olunacaq. Avqustun 20-də isə Kəngərli Rayon Məşğulluq Mərkəzində bu bölgənin işaxtaran sakinlərinə boş iş yerləri təqdim ediləcək.
Şahbuz şəhərindəki “Araz” kinoteatrının binasında keçiriləcək əmək yarmarkası avqustun 21-də baş tutacaq. Culfa rayonunun iş¬axtaran sakinlərinə avqustun 22-də, Ordubad rayon sakinlərinə 26-da, babəklilərə 27-də, 28-də isə şərurlulara boş iş yerləri təqdim olunacaq.
Naxçıvan şəhərində əmək yarmarkası avqustun 29-da Gənclik Mərkəzində keçiriləcək.
Qeyd edək ki, muxtar respublikada cari ilin ötən dövrü ərzində şəhər və rayonların hər birində 2 dəfə əmək yarmarkaları keçirilib. Yarmarkalarda 519 nəfərə işə göndəriş verilib. Ümumilikdə, ötən 7 ay ərzində muxtar respublikada 1618 nəfər işlə təmin edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
Prezident Bakı Metropoliteninin əsaslı şəkildə yenidən qurulan “Bakmil” stansiyasında yaradılan şəraitlə tanış olub
26.03.2019
Şahbuzda çoxmərtəbəli yaşayış binası inşa olunur
26.03.2019
Bayramdan sonra ilk iş gününün havası: yağmursuz, küləkli
26.03.2019
Qubanın Qırız kəndinə 20 santimetr qar yağıb
25.03.2019
Culfada yeni meyvə bağları salınır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10706

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info