Suda batmaq təhlükəsi olduqda necə hərəkət etmək lazımdır?
Tarix: 12.08.2014 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Hazırda çimərlik mövsümü olduğundan dənizdə üzərkən təhlükəsizlik məsələləri mühüm əhəmiyyət kəsb edir.
Bəs suda batmaq təhlükəsi olarsa necə hərəkət etmək lazımdır? Əvvəlcə yaxınlığınızda xilasedici vasitələr olub-olmadığına nəzər salmalıyıq. Üzməyi asanlaşdıran hər bir şey ola bilər və siz onu batan adama doğru ata bilərsiniz. Qayıq varmı? Kimisə köməyə çağırmaq olarmı? Mütləq zərərçəkəni səsləyərək ruhlandırın ki, ona köməyə gəlirsiniz. Əgər üzərək batan adama çatmaq istəyirsinizsə, su axınını, küləyi, sahilə qədər məsafəni nəzərə almalısınız. Çalışın taqətdən düşmüş şəxsi sakitləşdirəsiniz. O, öz hərəkətlərinə nəzarət edə bildikdə, həmin şəxs xilasedicinin kürəyindən tutmalıdır.
Xilasetmənin bəzi üsulları vardır. Əvvəla üzərək batana yaxınlaşdıqda, onu arxa tərəfdən tutub sahilə doğru çəkin. Əgər həmin insan artıq suda batıbsa, onu dərinlikdə axtarmağa cəhd etməyin. Batma təhlükəsi ilə üzləşmiş şəxs suyun altında altı dəqiqədən çox qalmamalıdır.
Zərərçəkəni sahilə çıxardıqda onu nəzərdən keçirin. Ağız və burun nahiyəsini qum və ya lil tutubsa təmizləmək lazımdır. Sonra onu başı üzüaşağı sallanmaqla dizi üstə qoyub kürəyindən möhkəm sıxmaq lazımdır ki, mədə və tənəffüs yollarındakı su tökülsün. Sonra onu arxası üstə uzadaraq süni nəfəs verməyə başlayın. Sol tərəfində duraraq dizi üstə başını arxaya əyməklə ağzını açın. Dərindən nəfəs alaraq dəsmal və ya tənzifdən istifadə edərək dodağınızı zərərçəkənin dodağına qoyaraq güclü nəfəs verin. Bu halda yardım etdiyiniz şəxsin burun deşiyini əllə sıxmaq lazımdır.
Əgər onun ürəyi döyünmürsə, süni nəfəs verməklə yanaşı, ürəyi masaj etmək lazımdır. Bunun üçün ovucunuzun birini köndələninə sinənin aşağı hissəsinə, digər ovucunuzu birincinin üstünə çəpəki qoyun. Sinəyə biləyinizlə elə təsir edin ki, üç-dörd santimetr sıxılıb qalxsın. Bədəninizin ağırlığını salmaqla bunu güclü və təkan verməklə etmək məsləhətdir. Hər süni nəfəs vermədən sonra, sinənin üstündən dörd-beş dəfə sıxıb-buraxmaqla ürəyin fəaliyyətini bərpa etməyə çalışmaq lazımdır.
Yaxşı olar ki, yardım göstərənlərin sayı iki olsun. Belə halda biri süni nəfəs verdikdən sonra, o biri ürək masajını edir. Təcili tibbi yardım avtomobilinin gəlməsini gözləmədən köməyə davam etdirmək lazımdır. Sizin etdiyiniz müdaxilə sayəsində orqanizm öz fəaliyyətini davam etdirə bilər.
Təcrübə baxımından xilas etmək asan iş olmadığından bu cür hallara əvvəlcədən hazır olmaq lazımdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info