Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Yaponiya ilə əlaqələr qurur
Tarix: 12.08.2014 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Nizami Gəncәvi Beynәlxalq Mәrkəzinin Baş Katibliyi qurumun beynәlxalq әlaqәlәrini güclәndirmək, həmçinin Diasporla İş üzrә Dövlәt Komitәsinin dәstəyi ilə təşkil ediləcək III Qlobal Müştәrәk Cәmiyyәtlәr Forumuna hazırlıqla əlaqədar Yaponiyanın paytaxtı Tokioya sәfәr edib. Sәfәr zamanı Yaponiyanın ictimai-siyasi xadimləri ilə keçirilmiş görüşlərdə dünyanın qlobal problemlәri, eləcə də Azәrbaycanla Yaponiya arasında mәdәni vә elmi әməkdaşlığın möhkәmləndirilmәsi istiqamәtindә geniş fikir mübadilәsi aparılıb. Tokioda Yaponiyanın sabiq baş naziri Yukio Hatoyama, YUNESKO-nun sabiq rəhbəri Koichuro Matsuura, Sasakava Sülh Fondunun Baş mәslәhәtçisi Yoshiaki Sasaki, hökumətin iqtisadi mәsələlər üzrә sabiq müşaviri vә Çiba Universitetinin prezidenti Horuo Shimada, Xarici Әlaqәlәr Komissiyasının beyin mәrkәzlәrindәn biri olan Genron NPO şirkətinin prezidenti Yasushi Kudo, həmçinin Şәrqi Asiya Cәmiyyəti İnstitutu, Yaponiyanın Afrika Cәmiyyəti, İnkişaf etmәkdә olan iqtisadiyyatlar institutunun rәhbәrliyi ilә görüşlәr keçirilib. Səfər çərçivəsində dünyanın nәhәng korporasiyalarından biri sayılan “Bridgestone”nun rəhbәrliyi ilә dә müzakirәlәr aparılıb. Müzakirәlәrin sonunda Yaponiyanın sabiq baş naziri Yukio Hatoyama Nizami Gәncәvi Beynəlxalq Mərkəzinə dəvəti qəbul edib və qurumun üzvü olub. Yukio Hatoyama, eləcə də digər sabiq baş nazir Yasuo Fukuda, YUNESKO-nun sabiq Baş Direktoru Koichura Matsuura vә həmçinin Yaponiyanın bir sıra nüfuzlu ictimai-siyasi xadimləri 2015-ci ildә Bakıda keçiriləcәk III Müştərәk Cəmiyyәtlәr Forumuna dəvət olunub. Qeyd edək ki, 2015-ci il Forumu çәrçivәsindә müzakirә ediləcək mövzulardan biri Yaponiya, Çin, Koreya, ABŞ inteqrasiyası və qlobal təhlükəsizliyin yaradılmasında onların rolu olacaq.
Nigar




 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər
04.06.2020
Azərbaycan Mədəniyyət Mərkəzindən erməni tarixini ifşa edən daha bir layihə
04.06.2020
“İçərişəhər“ Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ziyarətçilərin təhlükəsizliyi üçün davamlı tədbirlər görülür

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info