Azərbaycan tarixi ensiklopediya şəklində yenidən yazılır
Tarix: 12.08.2014 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutu Azərbaycan tarixini ensiklopedik formada 15-20 cildlik kitablar şəklində yenidən yazmağı planlaşdırır. İnstitutun direktor müavini Cəbi Bəhrəmov bildirib ki, Azərbaycanın çox zəngin tarixi var və bununla əlaqədar materiallar da 15-20 cildlik kitabın hazırlanmasına imkan verir. Çoxcildlik "Azərbaycan tarixi" kitabının yazılması ilə bağlı təkliflər artıq Tarix İnstitutunun Elmi Şurasında və AMEA-nın Rəyasət Heyətində müzakirə edilib. C.Bəhrəmov deyib ki, 2003-cü ildə 7 cildlik "Azərbaycan tarixi" kitabı nəşr edilib. Bu kitabda 2003-cü ilə qədər olan bütün dövrlər öz əksini tapıb: "Amma bunu daha geniş etmək fikrimiz var. Çünki çox böyük arxiv sənədləri, Arxeologiya və Etnoqrafiya İnstitutunun işçiləri tərəfindən yeni tapıntılar aşkarlanıb". İnstitutun direktor müavini əlavə edib ki, hazırda hər bir cildi müəyyən dövrü əhatə edəcək 3 cildlik "Azərbaycan tarixi" kitabını yazmaq üçün çox ciddi hazırlıq işləri aparılır. Bununla əlaqədar konsepsiya da hazırlanır: "Həmin konsepsiya əsasında artıq bir cildlik kitab hazırlamışıq. Həmin kitab Azərbaycanın ümumiləşdirilmiş şəkildə bütün tarixi dövrünü əhatə edir. Belə bir fikir var ki, bu işləri başa çatdırdıqdan sonra ensiklopedik şəkildə, çox cildlik, məsələn 15-20 cildlik "Azərbaycan tarixi"ni hazırlayaq".

Nigar




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
05.06.2020
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info