“Partizan”ın prezidenti: “Bizi “Neftçi” kimi komanda ilə oyunlar gözləyir”
Tarix: 13.08.2014 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


“Ölkə çempionatında qələbə qazansaq da, yaxşı oyun göstərə bilmədik. “Vozdovaç”la görüşdə zəif təsir bağışladıq. Amma bunu Avroliqa matçında təkrarlamamalıyıq”.
Bu sözləri “Partizan” klubunun prezidenti Draqan Duriç deyib. Avropa Liqasının pley-off mərhələsində “Neftçi”nin rəqibi olan Belqrad təmsilçisinin rəhbəri komandasının çıxışından danışıb: “Mən Marko Nikoliçin istefa vermək kimi bir niyyətinin olmasına şərh vermək istəmirəm. Əsas odur ki, çempionatın ilk turunda qələbə qazandıq və indi növbədə “Neftçi”di. Azarkeşlər baş məşqçini komandada görmək istəmirlərsə, bu, onların öz işləridi. “Partizan” həmişə iddialı olub, olacaq da”. Komandasının “Neftçi”yə qalib gəlməli olduğunu bildirən Duruçin sözlərinə görə, bu oyunlara ciddi hazırlaşacaqlar: “Ümid edirəm ki, komandanın əsas futbolçuları Danilo Pantiç, Danko Lazoviç və Andriya Zivkoviç başqa komandaya getməyəcəklər. Komandamızın hədəfləri böyükdür. Avroliqada bizi “Neftçi” kimi komanda ilə oyunlar gözləyir. Mərhələ adlamaq üçün var gücümüzlə çalışacağıq. İlk oyunumuz evdə, ikinci matçımız isə Bakıdadır. Çempionlar Liqasındakı uğursuz çıxışı burada unutduracağıq. Mən baş məşqçimiz Marko Nikoliçə də güvənirəm”.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info