Avropalı gənclər Gəncədə
Tarix: 13.08.2014 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Avropanın 2016-cı il "Gənclər Paytaxtı" Gəncə şəhərində gənclərin hərtərəfli inkişafına dair yerli və beynəlxalq layihələr davam edir. Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Norveçin "Overhalla Kommune" təşkilatının əməkdaşlığı, "Odlar Yurdu" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə "Art and sport: hand in hand" Youth Exchange ("İncəsənət və İdman: əldən ələ" Gənclər Mübadiləsi) adlı beynəlxalq layihədə 6 ölkədən 42 gənc iştirak edir.
Layihənin rəsmi açılış mərasimində Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, "Odlar Yurdu" GİB-nin sədri Nigar Ələsgərova, layihə iştirakçıları və fəal gənclər iştirak ediblər.
Layihənin keçirilməsində məqsəd sağlam həyat tərzini təbliğ etmək, gənclərə gündəlik həyatlarında idmanla məşğul olmalarını təşviq etməklə, onlara bu vərdişin əhəmiyyətini çatdırmaq, həmçinin incəsənət sahəsində maraq yaratmaqla onlara öz potensiallarını aşkar etmək şəraiti yaratmaqdır. Layihə zamanı iştirakçılar idman və incəsənət fəaliyyətləri vasitəsilə səmərəli vaxt keçirməyi, sağlam həyat tərzinin yollarını öyrənəcək, incəsənətə aid yeni təcrübə qazanacaq və məlumatları bölüşəcəklər. Həmçinin layihə çərçivəsində Azərbaycanda həyata keçirilən idman siyasəti, bu sahədə qazanılan uğurlar, Azərbaycan incəsənətinin zənginliyi, ölkədə idmana və incəsənətə göstərilən qayğı haqqında geniş video təqdimatlar və müxtəlif məlumatlandırıcı tədbirlər keçiriləcək. Layihənin icrası zamanı Avropanın 2016-cı ildə “Gənclər Paytaxtı” Gəncəni daha geniş təbliğ etmək, digər regionlarımızla xarici ölkə gənclərini tanış etmək məqsədi ilə müxtəlif ekskursiyalar, gəzintilər, görüşlər nəzərdə tutulur. Qeyd edək ki, Azərbaycan, Belarusiya, Sloveniya, Türkiyə, Gürcüstan və Norveçdən olan gənclərin iştirak etdiyi layihə 19 avqusta qədər davam edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Masallı Tarix-Diyarşünaslıq Muzeyi Xocalı faciəsinin ildönümü ilə əlaqədar tədbirlər planı hazırlayıb
18.02.2019
Ötən il Azərbaycanda 2752-i əkiz, 117 üçəm doğulub
18.02.2019
Bu gecədən başlayaraq hava şəraiti dəyişəcək
18.02.2019
Qaradağlı faciəsinin şahidi: həmin günlər yadıma düşəndə dəhşətə gəlirəm
17.02.2019
Ölkə ərazisində hava şəraiti dəyişəcək, yağış və qar yağacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10601

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
5 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info