ABŞ İraqın yeni hökumətini dəstəkləyir
Tarix: 13.08.2014 | Saat: 01:17:00 | E-mail | Çapa göndər


Heydər əl-Abadi İraqın yeni Baş naziri təyin olunub. Ölkə prezidenti Fuad Maasum ona hökuməti 30 gün ərzində parlamentə təqdim olunmaq üçün formalaşdırmağı rəsmən tapşırıb.
“Euronews” telekanalı xəbər verir ki, əl-Abadinin namizdəliyi şiə partiyalarının birliyi olan “Milli Alyans” tərəfindən irəli sürülüb. Bu alyansa formal olaraq hökumətin keçmiş başçısı Nuri əl-Malikinin rəhbərlik etdiyi koalisiya da daxildir. Əl-Maliki bazar ertəsi verdiyi bəyanatda əl-Abadinin təyinatını konstitusiyaya zidd addım kimi dəyərləndirib. İraq Konstitusiyasına əsasən hökumət başçısı postuna namizəd irəli sürmək hüququ parlamentdəki ən iri bloka - indiki halda əl-Malikinin koalisiyasına məxsusdur.
Keçmiş Baş nazir Ağ evi “bu anti-konstitusion addımları mühakimə etməməkdə” təqsirləndirir. ABŞ isə İraqın yeni hökuməti ilə əməkdaşlığa hazır olduğunu bəyan edib. “İraqın yeni rəhbərliyi qarşısında mürəkkəb vəzifələr durur” deyən Barak Obama daha sonra bildirib: “O, dövlətin idarə olunmasına bütün tərəfləri cəlb etməklə, öz qətiyyətini nümayiş etdirməklə vətəndaşların inamını geri qaytarmalıdır. ABŞ İraq xalqının bütün ehtiyaclarına və xahişlərinə cavab verə biləcək hökuməti dəstəkləməyə hazırdır”.
Hazırda “islam dövləti” adlı terrorçu qruplaşmanın sünni yaraqlıları İraqın şimalında daha geniş əraziləri ələ keçiriblər. ABŞ onların mövqelərinə bir sıra aviazərbələr endirib.
Ölkənin şimalında, eyni zamanda kəskin humanitar böhran yaşanır, qaçqınların sayı sürətlə artır.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Britaniya deputatları “Brexit“ şərtlərinə dair sazişin əleyhinə səs veriblər
16.01.2019
Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir
15.01.2019
ABŞ səfirinin Almaniyadan çıxarılması tələb edilir
15.01.2019
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək
15.01.2019
Türkiyə hərbçiləri batmaq təhlükəsində olan 40 qaçqını xilas ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info