Samux rayonunda gənclərin birinci yaradıcılıq festivalı keçirilib
Tarix: 13.08.2014 | Saat: 01:19:00 | E-mail | Çapa göndər


Samux rayonunda gənclərin birinci yaradıcılıq festivalı keçirilib
Samux rayonundakı Heydər Əliyev Mərkəzinin, rayon gənclər və idman idarəsinin birgə təşəbbüsü və rayon icra hakimiyyətinin dəstəyi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə gənclərin birinci yaradıcılıq festivalı keçirilib.

Samux şəhərindəki Heydər Əliyev Mərkəzindən bildiriblər ki, festival çərçivəsində keçirilən konfransın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Konfransı giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova Beynəlxalq Gənclər Günü münasibətilə iştirakçıları təbrik edib. Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev ölkəmizdə dövlət gənclər siyasətinin uğurlarından söhbət açıb. Bildirilib ki, son illər respublikamızda gənclərin hərtərəfli inkişafının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər siyasi, sosial, iqtisadi, təşkilati və hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, gənc nəslin ictimai-siyasi fəallığının yüksəlməsi ilə müşayiət olunub. Tam əminliklə demək olar ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində səmərəli fəaliyyəti ilə seçilir. Yetişməkdə olan gənc nəsil də elmlərə dərindən yiyələnməli, Vətənə bağlı olmalı, ölkəmizin gələcək inkişafına öz töhfəsini verməlidir. Samux şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə bu cür tədbirlərin mütəmadi təşkil edilməsinin vacibliyini vurğulayıb.
Sonra rayon gənclərinin birinci yaradıcılıq festivalı başlayıb. Festivalda rəngarəng musiqi və rəqs nömrələri təqdim edilib, müxtəlif idman yarışları keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info