Dəmiryolçular payız-qış mövsümünə hazırlaşır
Tarix: 13.08.2014 | Saat: 01:21:00 | E-mail | Çapa göndər


“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıqla bağlı tədbir keçirilib. Tədbirdə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) infrastruktur idarəsinin rəisi Mərdan Hacıyev çıxış edərək, avqustun 1-də MMC-nin idarə strukturlarında təsərrüfatın 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlığına dair müvafiq qərargah yaradıldığını, ötən mövsümdəki işlər təhlil edilərək aşkar olunan nöqsanlar nəzərə alınmaqla bir sıra tədbirlər həyata keçirildiyini bildirib.
Qeyd edilib ki, xidməti ərazidə qatarların təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə baş və stansiya yollarının vəziyyəti yoxlanılıb, kəskin ehtiyac duyulan sahələrdə 23 ədəd yarımyararlı ağac şpal, 240 ədəd təzə ağac şpal və 123 ədəd dəmir-beton şpal dəyişdirilərək 50 metr yararsız rels yenisi ilə əvəz edilib. Relslərdə olan qüsurların vaxtında aşkar edilməsi, yoldəyişdirici qurğuların və qaynaq calaqlarının yoxlanılması məqsədilə yollarda müvafiq ölçmələr aparılır. MMC-nin yük və sərnişin daşımaları idarəsinin rəis əvəzi Mübariz Allahverdiyev qeyd etdi ki, Culfa lokomotiv deposunda payız-qış mövsümündə istismar olunacaq 5 ədəd elektrovozun və 5 ədəd manevr-magistral teplovozun hərəkət və dartı hissələri müayinə olunaraq onların cari və depo təmirləri diqqətdə saxlanılıb. Bildirilib ki, cari ildə elektrovozların normal və fasiləsiz işini təmin etmək məqsədilə 24 ədəd təkər cütündən 14 ədədi dəyişdirilib, 10 ədədi isə ehtiyatda saxlanılır. Bu ilin ötən 7 ayında 76 ədəd müxtəliftipli vaqonda cari və ya depo təmiri işləri aparılıb. Lokomotivlərin və istilik sistemləri ilə təchiz edilmiş sərnişin vaqonlarının payız-qış mövsümünə hazırlığı ilə əlaqədar tələb olunan ehtiyat hissələri və 10,7 ton sürtgü yağı tədarük edilib. Vaqonların qış mövsümündə qızdırılması üçün 53,3 ton daş kömür ehtiyatı yaradılıb, əlavə olaraq mövsüm ərəfəsində 20 ton daş kömürün alınıb gətirilməsi təmin ediləcək. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin təhlükəsizlik idarəsinin rəisi Ramazan Şıxəliyev və MMC-nin texniki inzibati binaların təmir-tikinti idarəsinin rəis əvəzi İntizam Mustafayev çıxış edərək bildirdilər ki, texniki, inzibati və yardımçı binaların dam örtüklərinə, qapı və pəncərələrinə baxış keçirilib, nasos stansiyalarının xətləri, qurğu və avadanlıqları yoxlanılaraq çatışmazlıqlar aradan qaldırılıb. Təhlükəsizlik komandalarının gözətçi məntəqələrində təmir işləri aparılıb, geyim və yataq əşyalarının təmizliyi təmin edilib. Dəmiryol təsərrüfatında çalışan bütün aidiyyəti işçilər xüsusi geyim, ayaqqabı və fərdi mühafizə vasitələri ilə təchiz olunublar. Sahələrdə istifadə edilən və standartlara cavab verməyən bütün işçi alətləri yenilənib. Qeyd olunub ki, son illər əsaslı təmir edilmiş və yenidən qurulmuş sərnişin vağzalı və inzibati binalarda 9 ədəd fərdi qazanxana quraşdırılıb. Təmir sexlərində və digər strukturlarda isə 6 ədəd “Kombi” markalı qızdırıcıdan istifadə olunur. İstismar edilən bütün qazanxana və qızdırıcılara texniki baxış keçirilərək onların saz vəziyyətdə olması təmin edilib. Tədbirdə görüləcək işlərlə bağlı müzakirələr aparılıb.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info