Pulunuzu keyfiyyətli ərzağa xərcləyin
Tarix: 13.08.2014 | Saat: 01:42:00 | E-mail | Çapa göndər


Gündəlik üz tutduğumuz marketlərdə və bazarlarda aldanmamaq, keyfiyyətli, köhnə olmayan məhsullar almaq üçün bir neçə sadə qaydanı bilmək kifayətdir. Milli.Az bildirir ki, əgər siz də pulunuzu təzə, keyfiyyətini itirməmiş qida məhsullarına sərf etmək istəyirsinizsə, modern.az saytının təklif etdiyi aşağıdakı tövsiyələrdən yararlanın.
Yumurtanın təzə və ya köhnə olduğunu bilmək üçün onu su doldurulmuş qabın içərisinə qoyun. Əgər yumurta su doldurulmuş qabın dibində qalırsa, deməli, təzədir, yox əgər suyun üzərinə çıxırsa, köhnə yumurtadır.
Yumurtanın qabığının səthi hamar, rəngi parlaq olmalıdır. Qabığın üzərində çətinliklə görünəcək qara ləkələr varsa, bu onun köhnə olmağına işarədir.
Yumurta alarkən onu düz səth üzərində saat əqrəbi istiqamətində farladın. Yumurta fırlanmırsa, təzədir, əgər az da olsa fırlanırsa, demək, artıq köhnəlib.
Mal əti alarkən onun təzə olub-olmadığını bilmək üçün ilk növbədə rənginə diqqət yetirin. Təzə ətin rəngi solğun qırmızıya çalmalıdır.
Ətin təzə olduğunu müəyyənləşdirmək üçün ən asan üsullardan biri odur ki, barmaqla ətin üzərindən basasan. Əmələ gəlmiş çuxur həmin anda yerinə qayıdırsa, deməli, ət təzədir. Əgər barmağınızın basıldığı yer əvvəlki vəziyyətinə qayıtmırsa, yaxud gec qayıdırsa, bu ətin köhnə olduğundan xəbər verir.

Ətin kəsilmiş hissəsi parlaq olmalıdır, piy hissəsi ağ və ya sarımtıl rəngə çalmalıdır.



Kəsmik alarkən ilk növbədə onun rənginə fikir verin. Təzə və təbii kəsmiyin rəngi ağ olmalıdır. Əgər aldığınız bu qida məhsulunun rənginin sarıya, yaxud açıq-göy rəngə çaldığını görsəniz, belə kəsmikdən imtina edin. Kəsmiyin bu rənglərdə olması onun köhnə, keyfiyyətsiz olması deməkdir.
Kəsmiyin çox cüzi çəkildə turş qoxusu olmalıdır. Ancaq bu qoxunu bütövlükdə turşumuş məhsulun qoxusu ilə səhv salmaq olmaz.
Kəsmiyin dadı da azaçıq turş olmalıdır. Əgər kəsmik şirin dadırsa, demək, ona şəkər qatılıb. Bunu satıcılar adətən saxlama müddəti keçmiş və turşumuş kəsmiyə əlavə edirlər ki, alıcı onun köhnə və keyfiyyətsiz olmasını hiss etməsin.

Kök seçərkən diqqət yetirin ki, onun səthi hamar və bərk olsun. Əgər kökün üstü nahamardırsa və çıxacaqlar çoxdursa, demək, tərəvəzin tərkibində nitratın səviyyəsi artıqdır.

Daha çox açıq və parlaq narıncı rəngdə olan kök almağa üstünlük verin. Narıncı rəng A vitamini üçün xarakterik rəng sayılır. Aldığınız kökün rəngi nə qədər parlaq və açıq-narıncı olacaqsa, bu tərəvəzdən bir o qədər də artıq fayda görəcəksiniz.
Qarpız alarkən onun orqanizm üçün təhlükəsiz olduğunu bilmək istəyirsinizsə, üzərindəki naxışlara nəzər yetirin. Naxışlar aydındırsa, bu, qarpızın keyfiyyətinin yaxşı olmasından xəbər verir.
Qarpızın saplağı quru olmalıdır. Saplaq yaşdırsa, demək, o, vaxtından əvvəl dərilib.
Qarpızın tərkibində olan nitratın səviyyəsini kəsdikdən sonra bilmək olar. Əgər ağ və sarımtıl zoğlar çoxdursa, demək, nitratın səviyyəsi də artıqdır.
Ən sadə üsullardan biri qarpızı bötöv halda suya atmaqdır. Suyun üzərində qalan qarpız onun keyfiyyətindən, suda batan qarpız isə keyfiyyətsizliyindən xəbər verir.
Gündəlik qida rasionumuza daxil etdiyimiz kartofu alarkən diqqət yetirilməlidir ki, o, quru, cücərməmiş və zədəsiz olsun. Kartofun səthi hamar, rəngi parlaq olmalıdır.
Əgər kartofun üzərində göy və yaşıla çalan ləkələr varsa, təsəvvür edin ki, pulunuzu zəhərə xərcləyirsininz. Belə kartofdan istifadə etmək qəti yolverilməzdir.
Qış aylarında kartof alarkən satıcıdan aldığınız məhsulun birini kəsməyi tələb edin. Çünki soyuq aylarda kartofun saxlama şəraiti düzgün olmayanda o, məhsulun keyfiyyətinə mənfi təsir göstərir. Belə məhsul xarici görünüşdən normal görünsə də, kəsildikdə içindəki problemlər aydın görünür.
Nəzərə alın ki, insan sağlamlığı onun qəbul etdiyi qida məhsullarından çox asılıdır. Buna görə də çalışın ki, pulunuzu keyfiyyətli, sağlamlığınıza fayda verəcək qidalara sərf edəsiniz.




 
Bölməyə aid digər xəbərlər
14.06.2019
Liposaksiya əməliyyatında ölüm halları niyə artıb?
13.06.2019
Ürəyin sağlamlığını qoruyan ən faydalı məhsul təyin olunub
11.06.2019
Allergiyanız varsa, bunları etməyin
11.06.2019
Həkimlərimiz “göy uşağı” uğurla əməliyyat etdilər
11.06.2019
Yüksək təzyiqi salmaq üçün 4 sadə qayda

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info