“Moskva Braziliyadan ət idxalını artırıb”
Tarix: 13.08.2014 | Saat: 02:01:00 | E-mail | Çapa göndər


Bir sıra ölkələrin məhsulları üzrə embarqo fonunda Rusiya ilə Braziliya arasında ticarət əlaqələri genişlənir. Avropa Birliyi embarqo ilə əhatə olunmayan ölkələrə Rusiya bazarlarına kompensasiya olmaması çağırışı ilə müraciət edə bilər. Bu barədə “Deutsche Welle” bildirir.
Qeyd edilir ki, Braziliyadan Rusiyaya mal əti ixracatı ötən illə müqayisədə kəskin surətdə artıb. Braziliya Ət İxracatçılar Birliyinin məlumatına görə, bu ilin avqustundan başlayaraq Rusiya ötən ilin eyni ayına nisbətən Braziliyadan 79 faiz çox ət alıb. Belə ki, ixracın həcmi 23 min tondan 41 min tona yüksəlib. Pul baxımından bu artım isə 113 faiz təşkil edib. Xatırladaq ki, bundan bir müddət əvvəl, dəqiq desək, avqustun 7-də Moskva Rusiyaya qarşı beynəlxalq sanksiyalara cavab olaraq AB ölkələrindən, ABŞ-dan, Avstraliyadan, Kanada və Norveçdən mal, donuz və quş ətlərinin, meyvə, pendir və süd məhsullarının gətirilməsinə qadağa qoymuşdu. Bu baxımdan ət məhsullarına qoyulmuş embarqonun mümkün çətinliyini nəzərə alaraq, Moskva Cənubi Amerika istehsalçıları tərəfindən kompensasiyanı planlaşdırır. Bu barədə «dpa» agentliyi məlumat verir. Qeyd edək ki, bu, Braziliya hökumətinə Rusiyaya mal və quş əti ixracının artımı üçün geniş imkanlar verir. Bir daha xatırladaq ki, bu iki növ məhsul üzrə Braziliya dünya lideridir.
Bu arada Avropa Birliyi Latın Amerikası və digər regionların ölkələrinə Rusiyaya tətbiq edilmiş embarqo ilə əlaqədar bu ölkənin bazarlarını məhsulla təchiz etməmək çağırışı ilə müraciət edə bilər. Bu barədə «Bloomberg» agentliyi adının açıqlanmasını istəməyən səlahiyyətli şəxsə istinad edərək bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib
19.09.2018
QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info