Səfirimiz Aytmatov İctimai Akademiyasının akademiki seçilib
Tarix: 13.08.2014 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov Qırğızıstan-Azərbaycan ədəbi-mədəni əlaqələrinin möhkəmləndirilməsi və türkdilli ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsindəki xidmətlərinə görə Bişkekdəki Aytmatov İctimai Akademiyasının (AİA) akademiki-qurumun həqiqi üzvü seçilib. Bu haqda qərar AİA-nın növbəti sessiyasında qəbul edilib.
AİA-prezidenti, Qırğız Respublikası Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Abdıldajan Akmataliyev sessiyadakı çıxışında deyib: “Hidayət Orucov tanınmış şair, publisist, nasir, dramaturqdur. Onun bir çox dünya dillərinə tərcümə olunan əsərləri Qırğızıstanda da oxunur. Səfir qırğız ədəbiyyatını, mədəniyyətini Azərbaycanda, Azərbaycan ədəbiyyatını, mədəniyyətini isə Qırğızıstanda geniş təbliğ edir”.
Xatırladırıq ki, AİA-sı 1994-cü ildə böyük qırğız yazıçısı Çingiz Aytmatovun şərəfinə, onun əsərlərinin dünyada təbliği, türkdilli ölkələrin ədəbiyyatlarına arasında əməkdaşlığın dərinləşdirilməsi məqsədilə yaradılıb.
Dörd ildən bir görkəmli yazıçılar, dramaturqlar, şairlər, filosoflar, tarixçilər, aktyorlar, rejissorlar, dilçilər, professorlar və elmlər doktorları qurumun fəxri və həqiqi üzvləri seçilirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info