“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası
Tarix: 13.08.2014 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


Avqustun 13-də səhər tezdən Şəmkir şəhərindəki Heydər Əliyev parkının qarşısında böyük canlanma olub.
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Quba-Qusar-Xaçmaz marşrutunun iştirakçıları olan şəmkirli şagirdləri yola salmaq üçün rayon rəhbərliyi ilə yanaşı, təhsil işçiləri, valideynlər də toplaşıblar. Hər birinin çöhrəsindən təbəssüm oxunan məktəblilər sevinclərini gizlədə bilməyiblər.
Düyərli kənd 2 nömrəli orta məktəbin XI sinif şagirdi Nərmin Məsimova sevincini bu sözlərlə ifadə edib: “Eşidəndə ki, belə bir aksiya keçirilir, mənim də həmin qrupun tərkibində olacağıma şübhəm qalmadı. Ona görə ki, təhsil aldığım illər ərzində yalnız “Əla” qiymətlərlə oxuyub, sinif yoldaşlarıma nümunə göstərilmişəm. Arzum ölkəmizin digər regionlarını da görmək olub. Artıq arzuma çatıram. Bu gün Azərbaycanın dilbər guşələrindən olan Quba, Qusar və Xaçmaz rayonlarına yola düşürük. Bu imkanı bizə yaradan Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm”.
Əllərində üçrəngli Azərbaycan bayrağı dalğalandıran digər şagirdlər də Nərminin ürək sözlərinə qoşularaq bu işin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu ilə ekskursiyaya yola düşən Şəmkir məktəblilərindən ibarət qrupun rəhbəri, rayon təhsil şöbəsinin metodisti Ceyhun Məmmədov isə belə deyib: “Dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən bu aksiya yetişməkdə olan nəsil üçün çox əhəmiyyətlidir. Şagirdlər gündən-günə çiçəklənən ölkəmizin hər guşəsini yaxşı tanımalıdırlar. Budur, 40 nəfər şagirdimiz Quba-Qusar-Xaçmaz marşrutu üzrə hərəkət edəcək. Biz Qusarda televiziya vasitəsilə izlədiyimiz “Şahdağ” Qış-Yay Turizm Kompleksinə gedəcək, Qubanın Xınalıq yolundakı şəlaləyə baxacaq, Xaçmazda bir sıra tarixi-memarlıq abidələri ilə tanış olacağıq. Söz yox ki, bütün bunlar şagirdlərimizə Vətənimizin dilbər guşələri haqqında daha geniş məlumat əldə etməyə imkan verəcək”.
Çox keçmədən mərasim iştirakçılarının xeyir-duası ilə Quba-Qusar-Xaçmaz marşrutu ilə tur-aksiyada iştirak edən şəmkirli məktəblilər avtobusa əyləşərək yola düşüblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info