Qorxu dolu əyləncə həvəskarları üçün yeni layihə
Tarix: 13.08.2014 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


Bakıda ilk dəfə olaraq Azərbaycan və Gürcüstanın birgə layihəsi olan “Qorxulu ev” açılır. Məlumata görə layihə əsasən gənclər vaxtlarının asudə keçirilməsi üçün nəzərdə tutulub və buraya gələcək gənclər əsasən adrenalin həvəskarları olacaq. Bununla bağlı yayılan məlumatda deyilir: “Azərbaycanla Gürcüstan arasında xeyli əməkdaşlıqlar, layihələr birgə qurulmuş müxtəlif tədbirlər olub. Biz bir qədər fərqli və əyləncəli bir sahəni seçdik. Yəni, xeyli müddət sonra çalışmalarımız nəhayət ki, sona çatmaq üzrədir. Böyük rəğbətlə qarşılanacaq bu layihənin reallaşmasından sonra sözügedən “Qorxulu ev”də olmaq istəyənlər üçün əslində bəzi məhdudiyyətlər də var. 16 yaş çatmamış yeniyetmələr, hamilə xanımlar, sərxoş halda olan və sağlamlıq problemləri-ürek qan və s. xəstəlikləri olan insanlara giriş qəti qadağan olacaq. Hətta sağlam olsanız belə bura daxil olduqdan sonra hər hansı bir naxoşluğunuz, qorxunuz olarsa, siz oyunu bizim xüsusi şifrəmizlə -“ASTRAL”la tərk edə bilərsiniz. Bu “ev”in yaxın 10 gün içində istifadəyə verilməsi planlaşdırılır”. Məlumatda o da bildirilir ki, sözügedən “ev” Üzeyir Hacıbəyli küçəsində yerləşən Heydər Əliyev adına parkla üz-üzə olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb
18.01.2019
Umayra Tağıyeva: Küləyin sürəti saniyədə 18-20 metrdən artıq deyil
18.01.2019
Hüquqazidd əməllərə yol verən üç vergi müfəttişi barədə həbs qətimkan tədbiri seçilib
18.01.2019
AzTU-da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info