Yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçanların cəzası sərtləşdirilə bilər
Tarix: 13.08.2014 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Azərbaycanda yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçanların cəzasının sərtləşdirilməsi təklif olunur.
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 264-cü maddəsinə dəyişikliklər təklif edilir.
Dəyişikliklərə əsasən, Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulmuş (yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır, ağır zərər vurma və yaxud ölümə səbəb olma) nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması 5 ilədək sürücülük hüququndan məhrum edilməklə 4 il həbs cəzası tətbiq olunacaq.
Maddənin hazırda qüvvədə olan variantında isə qeyd olunan əməllərə görə 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Layihə Milli Məclisin payız sessiyasında müzakirəyə təklif olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
DSMF-də müşavirə keçirilib
22.05.2019
Yükdaşıma və Logistika şirkətində vakansiya
22.05.2019
“Sumgait Technologies Park” işçi axtarır
21.05.2019
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni Qəbul Mərkəzi istifadəyə verilib
20.05.2019
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info