Əmirəli Lahrudinin anadan olmasının 90 illiyi qeyd olunub
Tarix: 13.08.2014 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


Avqustun13-də Azərbaycan Demokrat Firqəsinin (ADF) rəhbəri, yazıçı-publisist Əmirəli Lahrudinin anadan olmasının 90 illiyi münasibətilə “Mübarizələrdə keçən ömür” adlı tədbir keçirilib. Tədbirdə çıxış edən Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə bildirdi ki, Ə. Lahrudinin apardığı mübarizə azadlıq mübarizəsi olub: “Biz gözümüzü açandan evimizdə fədai sözünü eşitmişik və onların mübarizəsi bizə örnək olub. Əmirəli müəllimin bütün həyatı Azərbaycan Demokrat Firqəsinin fəaliyyətinə, onun yaşamasına, gələcək nəsillərə çatdırılmasına xidmət edib”.
Tədbirdə çıxış edən Dədə Qorqud Milli Fondunun prezidenti Eldar İsmayılov Ə. Lahrudiyə fondun ordenini təqdim etdi.
Professor Solmaz Tohidi Ə. Lahrudinin həyat və yaradıcılığı haqqında məlumat verib, onu Azərbaycan tarixi üçün fenomenal hadisə adlandırdı.
Yubilyar tədbirin keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirdi.
Qeyd edək ki, Əmirəli Lahrudi 1924-cü ildə İranın Meşkin mahalının Lari kəndində anadan olub. 1945-ci ildə ADF-nin Meşkin mahal komitəsinin sədr müavini seçilib. Hökumət devrildikdən sonra Sovet Azərbaycanına mühacirət edib, siyasi fəaliyyətini ADF-nin Ağdam və Quba filialında davam etdirib. 1979-cu ildən ADF-nin sədri vəzifəsində çalışır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
05.06.2020
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info