Əmək müqaviləsi bildirişini elektron sistemə daxil etmək işəgötürənin vəzifəsidir
Tarix: 13.08.2014 | Saat: 21:12:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyinin vergi ödəyicilərinin rahatlığı üçün müxtəlif formada tədbirlər gördüyü və şəraitlər yaradıldığı bəllidir. Nazirlik indi də əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınmasında vergi ödəyicilərinə yardım edir. Belə ki, Əmək Məcəlləsinə edilmiş dəyişikliklərdən sonra əmək münasibətləri əmək müqaviləsi bağlandığı andan deyil, elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Bu səbəbdən də təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün işəgötürənlər əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı elektron informasiya sistemində əmək müqaviləsi bildirişini qeydiyyatdan keçirməlidirlər. Əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifəsi kimi müəyyən edilib. Nazirlər Kabinetinin 06.06.2014-cü il tarixli, 183 nömrəli qərarı ilə isə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” təsdiq edilib. İyul ayının 1-dən «Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi», həmçinin «Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi» xidmətləri «Elektron hökumət» (www.e-gov.az) portalında yerləşdirilib. Sözügedən qaydaların tələblərinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin isə gücləndirilmiş elektron imzası olmalıdır. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün «ASAN imza» - mobil elektron imzadan istifadə edilir. «ASAN imza» vasitəsilə işəgötürənlərin səlahiyyətli nümayəndələri tərəfindən əməkdaşlarla bağlanan əmək müqavilələri haqqında məlumatların elektron informasiya sisteminə daxil edilməsi və sonradan bu məlumatların işçilər tərəfindən əldə edilməsi mümkündür.
Əmək müqavilələrinin qeydiyyatında elektron sistemin tətbiqi 2014-cü ilin iyulundan başlanıb. Əmək müqavilələrinin elektron informasiya sisteminə daxil edilməsində çətinlik çəkən vergi ödəyiciləri Vergilər Nazirliyinin xidmət mərkəzlərinə müraciət edərək, heç bir ödəniş etmədən lazımi yardımı ala bilərlər.
Məlumat üçün bildiririk ki, vergi ödəyiciləri “ASAN imza” sertifikatını əldə etmək üçün “ASAN imza” sim kartını Azərbaycanın hər üç mobil operatorundan 18 manat ödəməklə əldə edə və vergi ödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşmaqla müvafiq sertifikat ala bilərlər.
Hazırda Vergilər Nazirliyi işəgötürənlərə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə yalnız gücləndirilmiş elektron imza - o cümlədən “ASAN imza” vasitəsilə daxil edilməsinin mümkünlüyünün izah edilməsi ilə geniş məlumatlandırma kampaniyası aparır, işəgötürənlər SMS vasitəsi ilə məlumatlandırılırlar.
Xatırladırıq ki, işəgötürənlər tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi Vergi Məcəlləsinin, İnzibati Xətalar Məcəlləsinin və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Belə ki, Vergi Məcəlləsinin müvafiq maddəsinə əsasən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
İnzibati Xətalar Məcəlləsinə əsasən, işçilərlə əmək müqavilələri bağlamayan fiziki şəxslər 1-3 min manat, vəzifəli şəxslər 3-5 min manat, hüquqi şəxslər isə 20-25 min manat həcmində cərimələnirlər. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda (10 nəfər və daha çox) işçilərin hər hansı işləri yerinə yetirilməsinə cəlb edilməsi isə Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Göründüyü kimi işəgötürən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərə cəlb edərsə, işçilərin sayından asılı olaraq inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə və maliyyə sanksiyaları ilə üzləşə bilər. Vergilər Nazirliyi vergi ödəyicilərini ödənişsiz qaydada əmək müqavilələrinin elektron informasiya sisteminə daxil edilməsi üçün onları xidmət mərkəzlərinə müraciət etməyə dəvət edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Azərbaycan nefti bahalaşıb
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info