Pirallahıda iki müasir uşaq bağçası inşa edilir
Tarix: 13.08.2014 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


Son illər ölkədə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan yüksək inkişafa nail olub, əhalinin maddi rifahı xeyli yaxşılaşıb, yoxsulluğun səviyyəsi minimuma enib. Dövlət başçısının tapşırığına əsasən, son 10 ildə Azərbaycanda 2500-dən çox məktəb binası tikilib və əsaslı təmir olunub. Məktəblərin maddi-texniki bazası gücləndirilib.
Azərbaycanda təhsil sisteminin inkişafında Heydər Əliyev Fondunun misilsiz xidmətləri var. Belə ki, fondun təşəbbüsü və dəstəyi ilə son bir neçə ildə Azərbaycanda 370 yeni məktəb, uşaq bağçası, uşaq evi və internat məktəbi binası tikilib istifadəyə verilib, əsaslı təmir edilib və bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib. Qeyd edək ki, hazırda Pirallahı qəsəbəsində Heydər Əliyev Fondunun dəstəyi ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində 140 və 100 yerlik iki uşaq bağçası inşa edilir. İnşa edilən bağçalardan biri ikimərtəbəli olmaqla 140 yerlikdir və S.Bağırov küçəsində, digəri - 100 yerlik uşaq bağçası isə S.Vurğun küçəsində yerləşəcək.
Ölkəmizin hər yerində olduğu kimi, yeni yaranmış Pirallahı rayonunda da təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilməkdədir. Dövlət Proqramına uyğun olaraq 2013-cü ilin oktyabr ayından Pirallahı qəsəbəsinin M.Əzizbəyov küçəsində yerləşən və 1963-cü ildən fəaliyyət göstərən qocaman təhsil ocaqlarından olan 168 №-li tam orta məktəbin əsaslı təmir işlərinə start verilib. Əsaslı təmir işləri ilə yanaşı, məktəb üçün 2 ədəd 100 kubmetr tutumu olan yeraltı su anbarı tikilib. Bu anbarlardan biri məktəbin içməli su ilə təminatına xidmət edəcək, digəri isə yanğın təhlükəsizliyi məqsədilə istifadə olunacaq. Məktəb artıq əsaslı təmirdən sonra istifadəyə verilməyə hazırdır.
Qeyd etmək lazımdır ki, 168 nömrəli tam orta məktəb Pirallahı rayonunun ən qabaqcıl ümumtəhsil müəssisələrindən biridir. Məktəbin pedaqoji kollektivi ötən dərs ilində önəmli nəticələrə imza ata bilib. Belə ki, 2012/2013-cü tədris ilində orta təhsili başa vuran 60 məzundan 53-ü ali məktəblərə sənəd verib və onlardan 36 nəfəri tələbə adını qazanıb. İlkin məlumatlara əsasən, məzunlardan 6 nəfəri 500-dən yuxarı bal toplayıb, o cümlədən 1 nəfər - məktəbi qızıl medalla bitirən Mahmudov Ervin Gündüz oğlu 665 bal toplamağa müvəffəq olub. Sevindirici haldır ki, ölkə üzrə 2013-2014-cü dərs ilinin yekunlarına görə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurduqlarına görə 176 nəfər qızıl medal alan şagirdlərdən biri Pirallahı rayonunda təhsil alıb. 243 nömrəli tam orta məktəbin məzunu Ruslan Samsuddinov isə 608 bal toplayıb.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info