İsveçrə Rusiya və Ukraynaya silah ixracatına əlavə məhdudiyyətlər tətbiq edib
Tarix: 14.08.2014 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


İsveçrə hökuməti Rusiya və Ukraynaya silah ixracatı ilə bağlı əlavə məhdudiyyətlər tətbiq edib. “RİA Novosti”nin verdiyi məlumata görə, bundan başqa, İsveçrə İqtisadiyyat Nazirliyi Rusiyanın Avropa Birliyinin sektoral sanksiyalarından İsveçrə ərazisində yayınmasının qarşısını almaq üçün tədbirlər hazırlayır.
Bu məsələ ilə bağlı ölkənin Federal Şurasının rəsmi saytında bəyanat yerləşdirilib. Bəyanatda deyilir ki, Ukraynadakı münaqişənin gərginləşməsini nəzərə alaraq Federal Şura Ukrayna və Rusiyaya hərbi texnika ixracatı barədə qadağanı genişləndirməyə qərar verib: “Məhdudiyyət və qadağalar siyahısına bir sıra hərbi təyinatlı məhsullar da əlavə edilib”.
Söhbət pilotsuz təyyarələrdən, təlim-məşq təyyarələri və radiocihazlardan gedir.
Həmçinin Federal Şura qərara alıb ki, İsveçrə ərazisində Avropa Birliyinin sanksiyalarından yan keçməyə yol verilməsin. Buna baxmayaraq, İsveçrə rəsmən həmin sanksiyalara qoşulmur.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
İtaliyada mafiyaya qarşı iri əməliyyat
26.06.2019
Ərdoğan səlahiyyətlərini təhvil verdi
26.06.2019
ABŞ-da Demokrat Partiyasından prezidentliyə namizəd olan siyasətçilərin ilk teledebatları keçiriləcək
26.06.2019
Böyük Britaniya F35 döyüş təyyarələrini ilk dəfə sınaqdan keçirib
26.06.2019
Silahlılar Suriyada 12 yaşayış məntəqəsini atəşə tutublar

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info