Bir neçə vergi ödəyicisinin əmlakı siyahıya alınıb
Tarix: 14.08.2014 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyi bir neçə borclu vergi ödəyicilərinin əmlakını siyahıya alıb. Nazirliyin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, Bakı şəhəri Vergilər Departamentinin Vergi Borclarının Alınması İdarəsinin əməkdaşları tərəfindən “Tekoplast” şirkətinin Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 146A ünvanında yerləşən mağazasında əmlakın siyahıya alınması tədbirləri keçirilib. Vergi ödəyicisinin fəaliyyəti vergi orqanları tərəfindən araşdırılarkən, onun 15 185,76 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib, bu barədə vergi ödəyicisinə bildiriş göndərilsə də, borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, yaranmış vergi borcunun ödənilməsini təmin etmək məqsədilə obyektdəki əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb, 2 680 manat dəyərində məişət avadanlıqları, qapı və pəncərə dəmirləri müəyyən edilmiş qaydada siyahıya alınıb.
Həmin gün vergi əməkdaşları Nəsimi rayonu, Xətai prospekti, 32 ünvanda yerləşən, fiziki şəxs Məlikov Şahid Hüseyn oğluna məxsus tikinti materialları mağazasında da əmlakın siyahıya alınması tədbirlərini həyata keçiriblər. Vergi ödəyicisinin 6 276,39 manatlıq vergi borcu olduğundan, borcun ödənilməsinin təmin edilməsi məqsədilə obyektdəki 7 130 manat dəyərində santexnika avadanlıqları müvafiq qaydada siyahıya alınıb.
Əmlakın siyahıya alınması ilə bağlı daha bir tədbir Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 160A ünvanda yerləşən “N.Med center” MMC-də aparılıb. Vergi ödəyicisinin 5 214,84 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün mağazadakı 5 100 manat dəyərində tibbi avadanlıqlar və ləvazimatlar müəyyən edilmiş qaydada siyahıya alınıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanın hesabatı BMT-yə təqdim olunacaq
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info