İran üzərindən Naxçıvana nəql edilən təbii qazın həcmi artırılacaq
Tarix: 14.08.2014 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Azərbaycan Naxçıvan Muxtar Respublikasına verilən təbii qazın həcmini artırmaq niyyətindədir və “mavi yanacağ”ın İran İslam Respublikası ərazisindən nəqli üçün bu ölkənin müvafiq qurumlarına müraciət edib. Bu barədə İran İslam Respublikasının neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əli Məcidi İRNA xəbər agentliyinə müsahibəsi zamanı məlumat verib. Nazir müavini bildirib ki, bu məsələ ilə əlaqədar tərəflər arasında görüşün keçirilməsinə hazırlıq görülür. İran Azərbaycanın müraciətinə müsbət cavab verəcək. Hazırda Azərbaycan İran üzərindən Naxçıvana 1 milyard kubmetrə yaxın qaz nəql edir. Tərəflər arasında İran üzərindən Naxçıvana qazın nəql edilməsi haqqında müqavilə 2005-ci ildə imzalanıb. Sənədə əsasən, Azərbaycan 25 il müddətində İran ərazisindən istifadə edərək Naxçıvana istənilən həcmdə təbii qaz nəql edə bilər. Ötən il bu marşrutla Naxçıvana 424 milyon kubmetr qaz nəql olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Azərbaycan nefti bahalaşıb
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info