Metroloji nəzarəti həyata keçirən vəzifəli şəxslərin attestasiyası qaydası təsdiqlənib
Tarix: 14.08.2014 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Azərbaycan Nazirlər Kabineti "Dövlət metroloji nəzarətini həyata keçirən vəzifəli şəxslərin attestasiyası Qaydası"nın təsdiqləyib.
Nazirlər Kabinetindən verilən məlumata görə, qaydalara əsasən, hər bir şəxs beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilməlidir. Tutduğu vəzifədə 1 ildən az çalışan şəxs növbəti attestasiyadan keçirilmir.
Attestasiya komissiyasının üzvləri tərəfindən attestasiyadan keçən şəxsə yalnız standartlara və ölçmə vasitələrinə dövlət metroloji nəzarət sahəsinə aid olan məsələlərlə bağlı olan və tutduğu vəzifəyə, vəzifə təlimatına dair, icra etdiyi işlər və onların nəticələri barədə suallar verilə bilər.
Attestasiyadan keçməli olan şəxs üzrlü səbəb olmadan və ya üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş hesab edilir və həmin şəxs növbəti attestasiyadan keçməlidir.
Üzrlü səbəb olmadan attestasiya komissiyasının iclasına gəlməyən şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş intizam tənbeh tədbirləri tətbiq edilə bilər. Attestasiya komissiyası attestasiyanın nəticələri əsasında ayrı-ayrı şəxslərin qazandıqları müvəffəqiyyətlərə görə mükafatlandırılması, yuxarı vəzifəyə keçirilməsi, müvafiq istiqamət üzrə əlavə təhsilə cəlb edilməsi, işinin nəticələrinin yaxşılaşdırılması, aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında tövsiyələr verə bilər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info