İstanbuldakı üçüncü aeroporta Ərdoğanın adı verilə bilər
Tarix: 14.08.2014 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


İstanbulda tikintisi aparılan üçüncü aeroporta Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın adı verilə bilər. Bu barədə "Haber7" telekanalı Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Əlvana istinadən xəbər verir.
Nazirin sözlərinə görə, xalqın rifahı üçün çox şey edən R. T. Ərdoğan Türkiyənin 12-ci prezidenti olacaq: "Ərdoğanın sayəsində ölkə iqtisadiyyatı artıb və Türkiyə ciddi uğurlar əldə edib. Xalq ona çox minnətdardır".
L. Əlvan qeyd edib ki, əgər İstanbuldakı üçüncü aeroporta R. T. Ərdoğanın adı verilsə belə, bu ona minnətdarlıq etmək üçün kifayət etmir.
Qeyd edək ki, hava limanı ilkin olaraq ildə 90 milyon sərnişinə xidmət göstərəcək. Gələcəkdə bu göstərici 150 milyon sərnişinədək artacaq.
2013-cü ilin mayında İstanbulda üçüncü aeroportun inşasına dair Türkiyənin Nəqliyyat, Gəmiçilik və Rabitə Nazirliyi ilə hava limanının tikintisi üzrə tenderin qalibi olmuş "Limak-Kolin-Cengiz-MaPa-Kalyon" şirkətlər konsorsiumu arasında saziş imzalanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info