Bakı Metropoliteni: “Bənövşəyi xətt”in işə düşməsinə az qalır”
Tarix: 14.08.2014 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Şərti adları “Avtovağzal” və “Memar Əcəmi-2” olan stansiyaların istifadəyə verilməsi ilə Bakı Metropoliteninin yeni “Bənövşəyi xətt”ində ilk qatarlar hərəkətə başlayacaq. Çətin geoloji şəraitə baxmayaraq, Almaniya və ABŞ istehsalı olan tunelqazma qurğuları artıq “Bənövşəyi xətt”in 4-cü stansiyası istiqamətində qazıntı işləri aparır.
Bu barədə məlumat verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hazırda “Xocəsən” elektrik deposu ilə “Avtovağzal” stansiyası arasındakı tunellərdə tikinti-quraşdırma işləri davam edir. “Avtovağzal”–“Memar Əcəmi-2” stansiyaları arasındakı tunellərdə isə işlər yekunlaşıb və stansiyalarda avadanlıqların quraşdırılması başa çatmaq üzrədir.
Paytaxtın Ceyhun Səlimov küçəsində (Hərbi hospitalın yanı) inşa olunan stansiyanın tikinti sahəsinə düşən işıq, qaz, su-kanalizasiya xətlərinin yeri dəyişdirilib. Artıq “qruntda divar” işləri başa çatdırılıb və start kamerasının tikinti-quraşdırma işləri yerinə yetirilir.
Həmçinin Cəlil Məmmədquluzadə küçəsində (Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yanı) yerləşəcək digər stansiyasının tikintisi ilə bağlı bütün hazırlıq işləri başa çatdırılıb. Nəqliyyatın hərəkətinə mane olmamaq üçün ərazidə yeni alternativ yol çəkilib. “Bənövşəyi xətt”in daha bir stansiyası isə Füzuli küçəsində, Heydər Əliyev Sarayının arxasında salınan parkın yaxınlığında inşa olunacaq.
“Bənövşəyi xətt”ə daxil olan stansiyaların fəaliyyətə başlaması respublikamızın şimal və cənub bölgələrindən, eləcə də Sumqayıt və Xırdalan şəhərlərindən paytaxta gələn sərnişinlərin rahatlığını təmin etməklə yanaşı, minlərlə avtomobilin şəhərin mərkəzinə daxil olmasının qarşısını alacaq. Eyni zamanda, metropolitenin bu xətti Xırdalan şəhərinin, Sulutəpə, Hökməli, Biləcəri və digər yaşayış məntəqələrinin nəqliyyat problemlərini də əsasən həll edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Yeddi ayda 5 min tonadək süd idxal edilib
17.08.2019
Yeddi ayda 189 min tonadək meyvə-tərəvəz idxal olunub
17.08.2019
“Azeri Light”ın bir barrelinin qiyməti 62 dollara çatır
17.08.2019
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
16.08.2019
Qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 37,6 milyon dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info