“Xətdə” payız akademiyasına iştirakçılar qəbulu olunur
Tarix: 14.08.2014 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan “Xətdə” payız akademiyasına iştirakçıların qəbulunu elan edir.
ARGTMŞ-dən bildiriblər ki, akademiyanın məqsədi “Xətdə” (online) fəal olan gənclərin təlimləndirilməsi, bilik-bacarıqlarının artırılması və praktiki məşğələlərlə real təcrübə qazanmalarına imkan yaratmaqdır.
Sentyabrın 8-dən 12-dək Lənkəranda keçiriləcək akademiya təlim-tədris və mədəni idman proqramları olmaqla iki hissədən ibarətdir. Birinci hissədə iştirakçılara dövlət, biznes, KİV və QHT sektorlarını təmsil edən peşəkar ekspertlər tərəfindən təlimlər keçiriləcək. Təlimlərdə keçirilmiş mövzular üzrə iştirakçılar komandalara bölünəcək və öz ideyalarını təqdim edəcəklər. Ən yaxşı ideyaya malik komandalar mükafatlandırılacaq.
Akademiyada iştirak üçün 18-29 yaşlarındakı mətbuat nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və ictimaiyyətlə əlaqələr üzrə fəaliyyət göstərən şəxslər, “web-dizayner”lər, sosial şəbəkələrdən istifadə edən gənclər www.xetde.nayora.az ünvanında qeydiyyatdan keçə bilərlər.
Son müraciət tarixi avqustun 22-dədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info