İsraildə “Azərbaycan tolerantlıq ərazisidir” adlı fotosərgi açılıb
Tarix: 14.08.2014 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


İsrailin Afula şəhərinin Mədəniyyət Sarayı öz qapılarını “Azərbaycan tolerantlıq ərazisidir” fotosərgisinin açılışına gələn qonaqların üzünə açıb. Azərbaycan Respublikasının Milli Tolerantlıq Mərkəzinin və Heydər Əliyev Fondunun dəstəyi ilə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının layihəsi çərçivəsində təşkil olunmuş bu səyyar sərgi artıq yarım ildən çoxdur ki, ölkəni gəzir. Bu barədə “Azİz” Assosiasiyasından məlumat veriblər.
Kiryat-Qat, Neşer, Tirat-Karmel, Akko və Lod sakinləri eksponatlarla artıq tanış olublar.
Gecənin aparıcısı, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası yanında Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman toplaşanları səmimi salamlayıb. Onların arasında şəhərin birinci şəxsləri – Afulanın meri İtshak Miron və onun müavini Mixail Barkan da olublar. Qeyd etmək lazımdır ki, cənab Barkan 5 il İsrailin Azərbaycan Respublikasındakı konsulu olub.
Afulanın meri mərakeşli İtshak Mironun rus dilində çıxış etməsi hamını təəccübləndirib. Məlum olub ki, o, 10 ay bundan əvvəl keçmiş SSRİ-dən gəlmiş insanların böyük bir icmasının yaşadığı bir şəhərin meri olarkən rus dilini öyrənməyi qərara alıb. Nəticə göz qabağındadır.
Mer deyib: “Mən bir neçə dəfə Azərbaycanda olmuşam. Gəncədə, Oğuzda, Qubada və əlbəttə, Bakıda olmuşam. Bu səfərlərdən sonra məndə yaranmış əsas təəssürat belədir: Azərbaycan çox güclü ölkədir. Burada güclü və qonaqpərvər insanlar yaşayır. Ölkələrimiz bir-birinə çox bənzəyir, buna görə də dostluq etməlidirlər”.
Onun ardınca çıxış edən müavini Mixail Barkan da beş il işləyib çalışdığı bu heyrətamiz ölkə haqqında çox xoş sözlər deyib.
Sonra toplaşanları “Natali” qənnadı fabrikinin tortlarına qonaq ediblər. Tədbir iştirakçıları Azərbaycanda yəhudi icmasının tarixinə dair maraqlı mühazirəyə qulaq asıb, “Azərbaycan İsrail jurnalistlərinin gözü ilə” televiziya süjetinə baxıblar. Leonid Barştakın rəhbərlik etdiyi simli kvartetin çıxışı gecəyə yekun vurub. Proqramda Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Tofiq Quliyevin populyar əsərləri səsləndirilib.
Fotosərgiyə gələnlərə respublika ərazisində əsrlər boyu yanaşı fəaliyyət göstərmiş kilsələrdən, məscidlərdən və sinaqoqlardan söhbət açan fotoşəkillərdən ibarət prospektlər, ötən il “İsraildə Azərbaycan günləri”nin keçirilməsi haqqında filmin diski və “Baku” jurnalı hədiyyə edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info