Macarıstanda Böyük Türk Qurultayı başa çatıb
Tarix: 14.08.2014 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


Macarıstanın Buqats bölgəsindəki Kişqunşaq Milli Parkında Macar-Turan Fondunun təşkilatçılığı ilə türk-hun dünyasının birliyini təcəssüm etdirən Böyük Qurultay başa çatıb. Sayca beşinci olan qurultayın əsas məqsədi türk-hun dünyası təmsilçilərinin bir araya toplanması və onların milli mədəniyyət nümunələrinin nümayişi olub. Qurultay iştirakçı dövlətlərin sayının çoxluğu və miqyası baxımından fərqli olub. Ölkəmizdən tədbirdə Milli Məclisin deputatları Qənirə Paşayeva, Cavanşir Feyziyev, Fərəc Quliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, jurnalistlər, elm və mədəniyyət xadimləri, həmçinin Qədim Musiqi Alətləri Ansamblının təmsil olunduğu nümayəndə heyəti iştirak edib.
Qurultayın açılışı mərasimində qədim dövr geyimlərində əsgərlərin iştirakı ilə döyüş səhnələri canlandırılıb, müxtəlif yarışlar keçirilib. Macarıstan parlamentinin vitse-spikeri Şandor Lejak bu tədbirin xalqlar arasında dostluğa böyük bir töhfə olacağına əminliyini ifadə edib. Daha sonra Macar–Turan Fondunun sədri Andraş Biro və Macarıstanın əsas siyasi partiyalarından olan Daha Yaxşı Macarıstan Uğrunda-Yobbik partiyasının sədri Qabor Vona türk-macar münasibətləri, macarların qədim soy-kökləri haqqında danışıblar və Qurultayın Macarıstanla türk dövlətləri arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi baxımından geniş imkan yaradacağını qeyd ediblər. Qurultayda türk xalqlarının əbədi qardaşlığı ilə bağlı andiçmə mərasimi keçirilib, andın mətni əski türk əlifbasında lövhəyə həkk olunub. Tədbir mədəni proqramla davam etdirilib. İlk olaraq səhnəyə Azərbaycan Qədim Musiqi Alətləri Ansamblı çıxıb. Ansamblın ifasında Azərbaycan xalq mahnıları çoxsaylı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və sürəkli alqışlarla müşayiət olunub. Öz adət-ənənələrini nümayiş etdirən iştirakçıların ifa etdikləri musiqilər, rəqs qruplarının çıxışları tədbirə xüsusi rəng qatıb.
Qurultayın son günü əsasən qədim türk dünyası mərasimləri nümayiş etdirilib. Həmin gün də Azərbaycan Qədim Musiqi Alətləri Ansamblı tamaşaçılar qarşısında maraqlı proqramla çıxış edib. Tədbir çərçivəsində müxtəlif sərgilər, müsabiqələr keçirilib, yarmarka təşkil edilib. Ümumilikdə, tədbirdə 200 mindən artıq tamaşaçı olub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info