Yaponiya qəzetlərində məktəblilərimizin bu ölkəyə səfəri barədə məqalələr dərc olunub
Tarix: 14.08.2014 | Saat: 21:09:00 | E-mail | Çapa göndər

İsmayıllı rayonundan olan məktəblilərin Yaponiyaya səfərləri barədə bu ölkənin mətbuatında məqalələr dərc olunub.
Yaponiyanın Şizuoka prefekturasının orqanı olan “Şizuoka”, “İzu” və “Chunichi“ qəzetlərində dərc edilmiş məqalələrdə bildirilir ki, ötən il İto şəhəri ilə Azərbaycanın İsmayıllı rayonu arasında imzalanmış əməkdaşlıq haqqında sazişə əsasən azərbaycanlı məktəblilər ilk dəfə Yaponiyaya səfərə gəliblər. İsmayıllı Rayon Təhsil şöbəsinin müdiri Rasim Orucovun rəhbərlik etdiyi nümayəndə heyətinə rayonun 1 və 6 nömrəli məktəblərinin altı şagirdi daxildir. Əvvəlcə Yaponiya paytaxtı ilə tanış olan qonaqlar şəhərin görməli yerləri ilə tanış olublar. Tokio Disneylendi azərbaycanlı uşaqların daha çox xoşuna gəlib.
Sonra İto şəhərinə gələn uşaqları avqustun 4-də şəhərin meri Tsukuda Hiromi qəbul edib. Bildirib ki, bu səfər İto məktəbliləri ilə İsmayıllı şagirdləri arasında dostluq əlaqələrini daha da inkişaf etdirəcək və genişləndirəcək.
Məqalələrdə yapon oxuculara Xəzər dənizi sahilində yerləşən Azərbaycan, onun paytaxtı Bakı şəhərindən 180 kilometr məsafədə olan İsmayıllı rayonu haqqında da ətraflı məlumatlar verilib.
Bildirilib ki, azərbaycanlı məktəblilər İto şəhərində “İnternational Homestay Club”ın nümayəndələri tərəfindən təşkil edilən rəngarəng tədbirlərə qatılaraq, yaponiyalı həmyaşıdları ilə dostluq əlaqələri qurublar.
Proqrama uyğun olaraq, İto şəhər musiqi məktəbində milli musiqi alətləri haqqında onlara məlumat verilib, oğlanlar əlbəyaxa döyüş növlərinin öyrədildiyi məktəbdə olublar. İto şəhərində olduqları dövrdə burada keçirilən müxtəlif festivallara qatılan azərbaycanlı uşaqlar yapon milli geyimi olan yukata da geyiniblər. Həmçinin uşaqlar İtonun tarixi və görməli yerlərini də ziyarət ediblər, Fuci dağında və Hakone istirahət mərkəzində olublar.
İto şəhərində təşkil olunan Angin Maçuridə iştirak edən məktəblilərimiz burada təbilçilərin müsabiqəsini, digər rəngarəng proqramları və möhtəşəm atəşfəşanlığı da maraqla izləyiblər.
Burada azərbaycanlı məktəbli Zəminə Məmmədovanın sözlərinə də yer verilib: “Gözəl təbiəti ana vətənimə bənzədiyinə görə İtonu çox sevdim. Yaponiyaya gələn həmyerlilərimə İtonu tövsiyə edəcəyəm”.

Tural

Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib

© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info