Ağdamda V -VII siniflərdə dərs deyəcək müəllimlər üçün təlim kursları başlayıb
Tarix: 14.08.2014 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində “Pedaqoji kadrların ixtisasartırma təhsilinin müasirləşdirilməsi” icra planına uyğun olaraq 2014-2015-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin V-VII siniflərində dərs deyəcək və indiyədək təlimlərdən keçməyən fənn müəllimləri üçün bölgələrdə yeni ümumi orta təhsil kurikulumu üzrə təlim kursları təşkil edilib. Təhsil Nazirliyinin əmrinə əsasən keçirilən kurslar müəllimlərin yeni fənn kurikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığını təmin etmək məqsədi daşıyır.
Ağdam rayonunun Soltanpud və Eyvazlı kənd məktəblərində Dünya Bankının maliyyə dəstəyi ilə təşkil edilən kurslara “TGC Təlim və İnkişaf Mərkəzi” və “Mədəd” təşkilatlarının təcrübəli təlimçiləri cəlb ediliblər. Təlimlərdə müəllimlərə fənlər üzrə yeni təhsil proqramının (kurikulumun) strukturu, əsas xüsusiyyətləri, məzmunu, standart anlayışı, onun funksiyaları və əhəmiyyəti, təlimdə yeni yanaşmalar, fəal təlim üsulları, yeni təlim strategiyaları, yeni qiymətləndirmə mexanizmləri öyrədilir. Müəllimlərə yalnız nəzəri biliklər deyil, həm də öyrəndiklərini təcrübədə tətbiq etmək məqsədilə tapşırıqlar verilir.
Kurslar hər qrup üzrə 10 gün keçirilməklə, sentyabrda başa çatacaq.
Kursları müvəffəqiyyətlə başa vuran müəllimlərə sertifikatlar veriləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info