“Un mondo di İtaliani” onlayn qəzeti: Azərbaycan tərəfindən göstəriləcək yardım Romanın mədəni inkişafına mühüm töhfə verəcək
Tarix: 14.08.2014 | Saat: 21:21:00 | E-mail | Çapa göndər


“Un mondo di İtaliani” onlayn qəzetində Azərbaycan tərəfindən Romada Aleksandria ərazisində arxeoloji qazıntıların aparılmasına maddi yardım göstəriləcəyi ilə bağlı məqalə yerləşdirilib. Məqalədə deyilir ki, Prezident İlham Əliyevin cari ilin iyulunda İtaliyaya rəsmi səfəri çərçivəsində “Mercati di Traiano” muzeyinin yerləşdiyi ərazidə arxeoloji qazıntı işlərinin aparılmasına maliyyə vəsaitinin ayrılmasına dair imzalanan saziş Romanın mədəni inkişafına mühüm töhfə verəcək. Dünya mədəni irsi üçün vacib olan bu ərazidə arxeoloji parkın qurulmasına Azərbaycan tərəfindən göstəriləcək bu yardım romalılar üçün çox önəmli bir addımdır. Yazıda sənədin imzalanma mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə də yer verilib: “Bu gün əlaqələrimizdə çox vacib bir gündür. İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir, müxtəlif sahələri əhatə edir. Biz yaxşı dost və tərəfdaşlarıq. Biz fəxr edirik ki, Azərbaycan sizin tarixi memarlıq irsinizin bərpasında iştirak edir. Sizin tarixiniz, mədəniyyətiniz, memarlığınız bütün bəşəriyyətə məxsusdur. Azərbaycan fəxr edir ki, bu prosesin iştirakçısıdır”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Avropa azərbaycanlıları Brüsseldə izdihamlı Qarabağ mitinqi keçirib
22.02.2019
Müxalifət kütləvi aksiyaları idarə edə bilmir
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info