Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib
Tarix: 14.08.2014 | Saat: 22:11:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin iştirakı ilə ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib. Tədbirdə Dövlət müşaviri xidmətinin əməkdaşları, DQİDK-nın rəhbərliyi, eləcə də mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.
Müşavirəni açan DQİDK-nın sədri Mübariz Qurbanlı ölkəmizdə dövlət-din müasibətlərinə, Dövlət başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasətinin vacib komponentlərindən biri olan din siyasətinin dünyaya tolerantlıq örnəyi olmasına diqqət çəkmiş və müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verərək qeyd edib ki, Dövlət Komitəsinin gələcək fəaliyyətinin qurulması və dini durumun tənzimlənməsi baxımından müşavirə xüsusi əhəmiyyət kəsb edir. Gündəliyə uyğun olaraq əvvəlcə Dövət müşaviri K.Abdullayevin bölgələrə səfərləri zamanı dindarlar və ziyalılarla görüşlərində dini durumla bağlı qaldırılmış məsələlər və verilmiş tapşırıqların icra vəziyyəti barədə bölgə şöbə müdirlərinin məlumatı dinlənilib. Bildirilib ki, Dövlət müşaviri respublikanın şəhər və rayonlarının mütləq əksəriyyətində olub, mərkəzi və ucqar kənd məscidlərində, kilsə və sinaqoqlarda, kirxa və məbədlərdə yerli dindarlarla çoxsaylı görüşlər keçirib. Həmin görüşlərdə ölkədəki mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, görüşlərdə dindarları narahat edən məqamlarla bağlı məsələlər qaldırılıb və K.Abdullayev bu istiqamətdə müvafiq işlərin görüləcəyini bildirdi. Bölgə şöbə müdirləri qeyd etdilər ki, ötən müddət ərzində sadalanan məsələlərin və verilmiş tapşırıqların xeyli hissəsi həll olunub, bilavasitə Dövlət Komitəsinin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti üzrə müvafiq dövlət qurumlarına yönəldilib.
Müşavirədə Ramazan ayının yekunları da müzakirə olunub. Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Ramazan ayında DQİDK-nın həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib. Eyni zamanda, Ramazan ayında ölkə üzrə aparılmış monitorinqin nəticələri ətrafında fikir mübadiləsi aparılıb.
Müşavirə səmimi fikir mübadiləsi şəraitində keçdi. Dövlət müşaviri K.Abdullayev səsləndirdiyi fikirlərində ölkəmizdə mövcud olan dinlərə dövlətin münasibətinin dərin tarixi ənənələrə söykəndiyini, Ölkə Prezidenti tərəfindən bu ənənlərin daima qorunub saxlanıldığını diqqətə çatdırdı, görülmüş işlər, planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələrdən danışdı, həmçinin, müvafiq tövsiyələrini verdi. Mövcud dini durum və Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı digər məsələlər müzakirə edildikdən sonra Dövlət Komitəsinin sədri M.Qurbanlı son sözlərində bu formatda tədbirlərin mütəmadi keçirilməsini səmərəli hesab edərək gələcəkdə də davam etdirilməsinin zəruriliyini vurğulayıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info