Saşa Stamenekoviç: “Özümüzü rüsvay etdik”
Tarix: 15.08.2014 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


“Mənim Serbiyada üzləşdiyim problem böyük biabırçılıq idi. Özümüzü orada rüsvay etdik. Burada kimin günahkar olduğu önəmli deyil. Biz o hərəkəti etməməli idik”.
Bu sözləri Serbiya mətbuatına açıqlamasında “Neftçi” klubunun qapıçısı Saşa Stamenekoviç deyib. Avropa Liqasının pley-off mərhələsində üz-üzə gələcəkləri “Partizan”la oyunlardan danışan qolkiper yetkin insan kimi belə problemlər yaratmamalı olduğunu bildirib: “Peşəkar futbolçuyam. İndi sizə söz verirəm ki, növbəti dəfə eyni problemlər yaşanmayacaq. Buna əmin ola bilərsiniz. Sadəcə, oyun üçün gələcəyik. Bizi düşündürən növbəti mərhələyə vəsiqə qazanmaq istəməyimizdir. Problem nə mənə, nə də “Partizan” azarkeşlərinə lazımdır. 2012-ci ildə Avroliqanın qrup mərhələsi zamanı yaşananlar hamısı bir səhv idi”.
Stamenekoviç Bakıda “Neftçi” rəhbərliyinin “Partizan” rəsmilərinə nahar verəcəyi təqdirdə, həmin tədbirə qatılmayacağını bildirib: “Ola bilər ki, “Neftçi” rəhbərliyi “Partizan”a qonaqlıq versin. Amma mən orada olmayacam. Çünki bu komandanın futbolçuları ilə bir stolda oturmaram”.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycanın paracüdoçusu dünya çempionu olub
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info