Angela Merkelə çağırış
Tarix: 15.08.2014 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


“Delfi.lv”: “Latviyalılar ölkələrində NATO bazalarının
yerləşdirilməsini istəyirlər”


Latviyanın tanınmış ziyalı zümrəsinin nümayəndələri Almaniya kansleri Angela Merkelə açıq məktub ünvanlayıblar. Məktubda onlar Baltikyanı ölkələrdə NATO bazalarının yaradılmasına dəstək verməsini xahiş ediblər. Onların sözlərinə görə, bu addım “yeni xain Molotov-Ribbentrop paktının Avropada yenidən təkrar olunmayacağını” təsdiq edəcək bir hadisə ola bilər.
Burada maraq doğuracaq əsas önəm ondan ibarətdir ki, məktub müəlliflərinin alman kanslerini hədəf seçməsi səbəbsiz deyil. Məsələ bundadır ki, məhz Merkel alyansın Şərqi Avropada yeni hərbi bazalarının yaradılmasını dəstəkləmir. "Delfi.lv" bildirir ki, məktubda təəssüf hissi ilə bildirilib ki, Baltikyanı dövlətlərə qarşı bu münasibət onlarda «qarışıqlıq və təhlükə hissi» yaradır: «Krım Rusiya tərəfindən yeni üsullarla qəsb edilərkən, siz bəyan etmişdiniz ki, Vladimir Putin "reallıq hissini itirib." İllərdir ki, Rusiya Baltikyanı ölkələrdə hər addımda hiss ediləcək informasiya müharibəsi aparmaqdadır. Təbii ki, bu savaşa xeyli investisiya sərf edilir. Hər üç ölkənin ziyalıları 1938- 1939-cu ildə Üçüncü Reixin Avstriyanı təsis etməsi və totalitar səlahiyyətlilərin Avropanı yenidən bölmək haqqında gəldikləri razılıqla bağlı paralellər aparırlar».
Daha sonra məktub müəllifləri qeyd edirlər ki, «əxlaq, o cümlədən, siyasət pulla ifadə edilmir. Maliyyə göstəriciləri Avropa ölkələrinin təhlükəsizliyi üçün daha çox vacib olmamalıdır. Kimsə bu barədə başqa cür düşünürsə, deməli, o başqa düşünür, yəni sizin sözlərinizlə ifadə eləsək, o, "reallıq hissini itirib." Sərhədlərin və ya tarixin yenidən cızılması nə Krımda, nə Ukraynada, nə də Avropada qəbuledilməzdir”.
Xatırladaq ki, gələn həftə Latviyaya səfər edəcək kansler Merkelə ünvanlanmış məktubu ölkənin nüfuzlu ziyalıları imzalayıblar.
Bu arada haşiyə çıxaraq, qeyd etmək yerinə düşərdi ki, Latviyada fəaliyyət göstərən “Latviya Rusiya birliyi” siyasi partiyasının rəhbərliyi Krımda baş nazir səlahiyyətlərini icra edən Sergey Aksenovun rəhbərlik etdiyi “Rusiya Birlik” sosial-siyasi hərəkatı ilə əməkdaşlıq haqqında rəsmi saziş imzalayıb. İmzalanma mərasimi avqustun 12-də Simferopol şəhərində keçirilib. Qeyd edək ki, latış millətçilərini qıcıqlandıran bu hadisə ölkədə böyük rezonans doğurub. Belə ki, ölkə ictimaiyyəti belə bir addımın atılmasında ilk öncə, Latviyadakı rus partiya rəhbərliyinin sədri Tatyana Jdanoku günahkar bilirlər.
Belə ki, Milli Assosiasiyanın nümayəndəsi, ölkənin mədəniyyət naziri Rixard Kols Tatyana Jdanoku Latviyanın milli təhlükəsizliyinə təhdiddə günahlandırıb. O, milli qanunvericilikdə seçkilərdə öz namizədlərini irəli sürmüş "vəfasız və təhlükəli" partiyaları qadağan edən təcili dəyişikliklərə çağırıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info