AYB kitab çapı və online satışla bağlı yeni layihə həyata keçirəcək
Tarix: 15.08.2014 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Yazıçılar Birliyi (AYB) kitab çapı və online satışla bağlı yeni layihəyə start verəcək. AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın verdiyi məlumata görə, yeni layihədə kitabların “AYB Kitab” loqosu altında nəşri nəzərdə tutulub:
“Bundan başqa, layihə ilə bağlı bütün yenilikləri özündə əks etdirən AYBkitab.az saytı da yaradılacaq. Sayt kitabların çapı və online satışla bağlı bütün məsələləri özündə əhatə edəcək”. X. Rza əlavə edib ki, vahid loqo altında çap ediləcək kitablar istedadlı və ədəbi mühitdə aktiv olan bütün yazarları əhatə edəcək: “Nəzərdə tutmuşuq ki, gələcəkdə dünya ədəbiyyatından da kitablar çap edək. Amma əlbəttə, layihənin əsas məqsədi müasir Azərbaycan ədəbiyyatını təbliğ etmək, yazıçı və şairlərə mənəvi dəstək verməkdir. Bir neçə böyük nəşriyyatla müqavilə imzalanacaq və kitab satışının gəlirindən müəlliflərə qonorar da ödəniləcək”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
05.06.2020
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
04.06.2020
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
04.06.2020
Azərbaycanda yeni film çəkilir: baş rolda qəhrəmanın qızıdır
04.06.2020
Akademik Musiqili Teatrın əməkdaşları beynəlxalq konfransda iştirak edəcəklər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info