Şəhid övladı: “Təki Vətən sağ olsun!”
Tarix: 15.08.2014 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


Ölümlərindən sonra təltif edilmiş dörd hərbi qulluqçunun
döyüş medalları onların ailə üzvlərinə təqdim olunub

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini, hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə ölümlərindən sonra təltif edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusunun döyüş medalları onların ailə üzvlərinə təqdim olunub.
Bu münasibətlə keçirilən tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, şəhid zabitlərin yaxınları, ailə üzvləri, Silahlı Qüvvələrinin zabitləri iştirak ediblər.
“Şəhidlər elegiyası” səsləndirildikdən sonra Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani şəhid zabitlər - Fikrət Məmmədov, İlqar Verdiyev, Elnur Cəfərov və Ceyhun Orucəliyevin keçdikləri qısa və şərəfli döyüş yolundan danışıb. Onların ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində yaratdığı C.Naxçıvanski adına hərbi liseyin yetirmələri, peşəkar hərbçilər olduqlarını vurğulayıb.
Müdafiə nazirinin şəxsi heyət üzrə müavini, şəxsi heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev Vətənə layiqli övladlar böyütdüklərinə görə şəhidlərin valideynlərinə nazirliyin rəhbərliyi adından minnətdarlığını bildirib.
Nazir müavini qeyd edib ki, Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur, onların xatirələri əziz tutulur, adları əbədiləşdirilir. Şəhid ailələri ölkə rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunub. Son dərəcə ağır və üzüntülü, həmçinin şərəfli günlərdə onların göstərdikləri dözüm və təmkin, övladlarının şəhidlikləri ilə duyduqları qürur hissi Azərbaycan əsgərinin döyüş ruhunu daha da yüksəldir, düşmənə qarşı qəzəb və nifrətini gücləndirir. Son vaxtlar düşmənin diversiya qruplarının qarşısını alarkən qəhrəmanlıq, rəşadət və şücaət nümunələri göstərərək şəhidlik zirvəsinə ucalmış mübariz əsgərlərimizin böyük təntənə ilə keçirilən vida mərasimləri bir daha göstərir ki, xalqımız və ordumuz şəhidlərimizin intiqamını almağa, düşmən tapdağında olan ərazilərimizi azad etməyə hər an hazırdır və buna qadirdir.
Prezidentin sərəncamı və müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri oxunduqdan sonra döyüş medalları şəhid ailələrinə təqdim edilib.
İlqar Verdiyevin təltif olunduğu “Hərbi xidmətlərə görə” medalı 11 yaşlı oğlu Kamranın yaxasına sancılanda şəhid övladının dediyi “Təki Vətən sağ olsun!” sözləri mərasim iştirakçılarına duyğulu anlar yaşadıb.
Fikrət Məmmədovun həyat yoldaşı Xəyalə Məmmədova, İlqar Verdiyevin atası Tapdıq Verdiyev, Elnur Cəfərovun qardaşı Zamiq Cəfərov, Ceyhun Orucəliyevin atası Pirəli müəllim Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Şəhid zabitlərin hərbçi yoldaşları adından çıxış edən polkovnik Aydın Əyyubov böyük inam hissi ilə vurğulayıb ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, onların məzarları üzərinə sərilmiş üçrəngli bayrağımız Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, xalqımız və ordumuzun gücü, birliyi ilə Şuşada, Xankəndində və işğal altında olan digər tarixi torpaqlarımızda dalğalanacaq, şəhid ruhları şad olacaq.
Mərasimdən sonra müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev şəhid ailələri ilə çay süfrəsi ətrafında səmimi söhbət edib, onların problem və qayğıları ilə maraqlanıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info