Azərbaycanla Rusiya arasında sənaye əlaqələri genişlənir
Tarix: 15.08.2014 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


"Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-nin sədri Samir Cəfərov Rusiya Federasiyasının Elektrostal şəhərində işgüzar səfərdə olub.
"Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-dən bildiriblər ki, səfər çərçivəsində Sədr Rusiyanın "Elekrtostal Ağır Maşınqayırma Zavodu" ASC-nin baş direktoru V.S.Zarudniy və icraçı direktoru V.V. Rasskazov ilə görüşüb.
Görüşdə "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC, onun potensial imkanları haqqında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, kompleksin layihələndirilməsi və tikintisi istiqamətində mühüm işlər görülür. Sonra sədr "Elektrostal" zavodu ilə tanış olub, ona zavodun mövcud imkanları və perspektivləri haqqında məlumat verilib.
Səfər zamanı, həmçinin "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-nin tikintisi layihəsi çərçivəsində mümkün əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində görüşlər keçirilib və iyulun 24-də Memorandum imzalanıb.
Memorandum "Elektrostal Ağır Maşınqayırma Zavodu" ASC-nin "Azərbaycan Polad İstehsalı Kompleksi"nin layihələndirilməsinin gələcək potensial tərəfdaşı niyyətini ifadə edir. Layihənin icrası ilə bağlı gələcəkdə müqavilələr bağlanması nəzərdə tutulur.
Samir Cəfərov səfər çərçivəsində İtaliyanın "ATS" şirkətinin baş icraçı direktoru Raffaele Calligaro Ceo, "ATS" şirkətinin Rusiya nümayəndəliyinin direktoru V.Yeqorov və "Elektrostal" metallurgiya zavodunun baş direktoru V.E.Şilnikov ilə görüşüb. Görüşlərdə metallurgiyanın bugünkü inkişafı və "Azərbaycan Polad İstehsalı Kompleksi " haqqında fikir mübadiləsi aparılıb.
Məlumat üçün qeyd edək ki, "Elektrostal Ağır Maşınqayırma Zavodu" ASC ilə imzalanmış memorandum çərçivəsində geoloq və mühəndislərdən ibarət işçi qrup iyulun 27-də Azərbaycana ezam olunub. İşçi qrup hazırda "Azərbaycan Polad İstehsalı Kompleksi"nin struktur vahidi olan "Daşkəsən Filizsaflaşdırma" ASC-də araşdırma işlərinə başlayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan İrana neft ixracını azaldıb
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info